Uşaq bağçalarına elektron qəbul MƏZƏSİ... - BU NƏDİ BELƏ?


 "Müştərinin Səsi" sosial qrupunda dərdini anladan Əmrəliyev Fuad adlı istifadəçi olduqca ilginc bir faktın üstünü açıb. Hər halda vətəndaşın BU İFŞASI (əgər maraqlıdırlarsa) elə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin də işinə yaramalıdır. Çünki KİMLƏRSƏ nazirliyin elektron qəbul sistemini əməlli-başlı MƏZƏ predmetinə çevirib və vətəndaşlarla rəsmən əylənir.

DİA.AZ olaraq F.Əmrəliyevin açıqladığı faktı təqdim edirik...

Uşaq bağçalarına elektron qəbul MƏZƏSİ...
Uşaq bağçalarına elektron qəbul MƏZƏSİ...

Narazı vətəndaş ETN-ə xitabən yazlır: "Bu "screenshot"-lar dünən və bugün çəkilib. Prioretsiz növbədəki yerlə Ümumi növbədəki yer eynidir. Bu o deməkdir ki, növbədə prioreti olan şəxs yoxdur. Amma 1 gün içərisində bağçada boş yerlər bitdi (11 saylı üzrə). Bununla bağlı qaynar xəttə zəng etdikdə şəhid və qazi ailələrinə öncəlik verildiyi deyildi. Amma dediyim kimi prioreti olan şəxs yoxdur. Buna qədər isə, boş yerlər həmişə 20 göstərilir di. Qaynar xəttə zəng etdikdə isə "gözləyin" deyilirdi. Zəhmət olmasa bu barədə mənə yardım edəsiniz..."

Məsələ ilə bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 23-08-2023, 08:34
Xəbəri paylaş





Xəbər lenti