Siyavuş Novruzov və Sevinc Hüseynova daha deputat olmayacaqlar


VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək.
Buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.
Faktı "Report"a partiyadakı mənbə də təsdiqləyib.
Qeyd edək ki, S.Novruzov II, III, IV, V və VI çağırış deputatı olub. O, parlamentin Regional məsələlər komitəsinin sədri idi. S.Hüseynova isə IV, V və VI çağırış deputatı olub. O, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Gənclər və idman komitəsinin, Hesablayıcı komissiyasının üzvü idi. (Report)
Tarix: 3-07-2024, 16:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}