Seymur Orucovun sakinlərlə görüşünə SÖZARDI... - replika

Seymur Orucovun sakinlərlə görüşünə SÖZARDI...
Ağstafanın icra başçısı Seymur Orucov rayonun Xılxına kəndində görüş keçirib. Tribunainfo.az-ın verdiyi xəbərə görə, görüşə dair yayılan məlumat, fotolar bir sıra suallar doğurub. Əvvəla, İH-nin rəsmi saytında görüş haqda yayılan informasiyanın başlığında primitiv korrektə səhvinə yol verilib. Bunu oxuyan ən savadsız adam da görə bilər. Amma Ağstafa İH-nin diplomlu əməkdaşları səhvi düzəltmək belə istəməyiblər.
İkinci nüans görüşdən olan fotolardı. Adı kənd camaatı ilə görüş olsa, da, sakinlər arxada oturublar, ön sırada qalstuklu İH əməkdaşları əyləşiblər. Nəhayət, üçüncü məqam ondan, ibarətdir ki, görüş haqda verilən xəbərdə dövlət başçısının uğurlarından bəhs olunsa da, icra başçısının Ağstafa sakinləri üçün hansı, işlər gördüyü, sözügedən kənd əhlinin nədən şikayətçi olduğu qeyd olunmayıb.

Seymur Orucovun sakinlərlə görüşünə SÖZARDI...
Seymur Orucovun sakinlərlə görüşünə SÖZARDI...

Tarix: 5-07-2024, 11:21
Xəbəri paylaş





Xəbər lenti