Müştəri "Gilan"ın istehsal etdiyi "Natura" şirəsi almağına peşman oldu
Bakıda "Natura" şirəsi alan müştəri peşman olub. Anaxeber.info bildirir ki, şirənin qabını açanda içindən iyrənc qalıqlar çıxıb. Qutunun üzərində istifadə müddətinin başa çatmadığı görünsə də, şirə tamamilə içilməz halda olub. Müştəri sosial mediada paylaşaraq qeyd edib ki, hər gün insanlar uşaqlarına təbii şirə alır, bu da nəticəsi - "Natura" iyrənc bir hala düşüb. Qeyd edək ki, istehsalçı "Gilan" holdinqdir. Amma bu, ilk dəfə deyil. Media resurslarında "Natura" ilə bağlı müxtəlif şikayət və faktlara rast gəlmək olar. Bu məhsullar Qəbələ Konserv Zavodunda istehsal edilir
Anaxeber.info
Tarix: Bu gün, 10:08