Londonda əfsanəvi toy: Polad Bülbüloğlu da orada idi...

Londonda əfsanəvi toy: Polad Bülbüloğlu da orada idi... Rusiyanın ehtiyat fondunda toplanan vəsaitlərin büdcə “deşiyini” yamamaq üçün az qala tamamilə xərclənib tükəndiyi, baş nazirin “pul yoxdur” məzmunlu bəyanatlar səsləndirdiyi bir vaxtda rusiyalı oliqarxlar öz dəbdəbəli həyat tərzlərinə qətiyyən dəyişiklik etmək fikrində deyillər. Virtualaz.org xəbər verir ki, daha bir rusiyalı oliqarx-milyarder dəbdəbəli toy mərasimi təşkil edərək təəcübləndirməyi bacarıb. Bu, “Domodedovo” aeroportunun həmsahibi, oliqarx-milyarder Valeri Koqandır.

Londonda əfsanəvi toy: Polad Bülbüloğlu da orada idi...

Life.ru bildirir ki, Valeri Koqan 19 yaşlı nəvəsi İrina Koqana Londonun dəbdəbəli “The Landmark London” otelində olduqca təmtəraqlı toy edib. Milyarderin nəvəsi Londonda yaşayır və təhsil alır. O, özü ilə həmyaşıd, milliyətcə yəhudi, ingiltərəli Deniel Kenveylə ailə qurub.

Londonda əfsanəvi toy: Polad Bülbüloğlu da orada idi...

9 saatdan çox davam edən toy mərasimini Rusiya şou-biznesinin ulduzları Valdil Pelş və Yana Çurkiova aparıblar. Toyada müğənnilər Elton Con, Meray Keri növbə ilə hərəsi bir saatlıq konsert veriblər. İrina Koqan kumiri olan Elton Conun toyda oxumasını görəndə göz yaşlarını saxlaya bilməyib.

Londonda əfsanəvi toy: Polad Bülbüloğlu da orada idi...

Habelə toya Rusiyadan çarter reysləri ilə çoxsaylı tanınmış simalar-Filip Kirkorov, Stas Mixaylov, İqor Nikolayev və digər estrada ulduzları gediblər. Qonaqlar arasında azərbaycanlı tenor Yusif Eyvazovun xanımı Anna Netrebko, rejissor Nikita Mixalkov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri də olub. Yeni evlənən cütlük gecə yarısından keçmiş Londonun mərkəzindəki elit apartamentlərinə çəkilib. Bu vaxt toy hələ davam edirdi və Meray Keri qonaqları əyləndirirdi...

Virtualaz.orgLondonda əfsanəvi toy: Polad Bülbüloğlu da orada idi...
Londonda əfsanəvi toy: Polad Bülbüloğlu da orada idi...
Londonda əfsanəvi toy: Polad Bülbüloğlu da orada idi...
Tarix: 15-01-2017, 22:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}