Ağ Evdən Kremlə qarşı YENİ HƏMLƏ – Çin və Hindistan Rusiyadan ÜZ ÇEVİRİR?
Deyəsən, bu və ya digər dərəcədə Rusiyaya dəstək olan bir sıra dövlətlər ondan üz döndərməyə başlayır. Burada söhbət Çin və Hindistandan gedir. ABŞ bu ölkələrə, xüsusən də Çinə qarşı yeni sanksiyalar qəbul etmək niyyətindədir.
Belə ki, The Wall Street Journal (WSJ) yazdığına görə, indilikdə ABŞ Çinin bəzi banklarını qlobal maliyyə sistemindən kəsə biləcək sanksiyalar hazırlayır. Bildirilir ki, Vaşinqton bu sanksiyaların Pekini “Rusiya hərbi sənayesinə ticarət dəstəyini dayandırmağa” məcbur edəcəyini gözləyir.
Qəzet yazır ki, Çin tərəfinin köməyi “Moskvaya hərbi-sənaye potensialını bərpa etməyə imkan verdi”, çünki Çin Rusiyaya elektron sxemlərin, təyyarə hissələrinin, maşın və dəzgahların əsas təchizatçısına çevrilib. Bankların Rusiyaya kommersiya ixracında, ödənişləri emal etməkdə və müştəri şirkətlərə ticarət krediti verməkdə əsas vasitəçi kimi xidmət etdiyi bildirilir.
Qəzetin yazdığına görə, ABŞ hakimiyyəti ümid edir ki, Qərbin “kumulyativ diplomatik təzyiqi” ABŞ və Çin arasında “kövrək barışığı poza biləcək addımların atılması zərurətinin” qarşısını alacaq.
Onu da qeyd edək ki, aprelin 24-də ABŞ dövlət katibi Entoni Blinken Çinə səfər edəcək. Bu səfərdə də əsas məqsədin məhz Pekinin Moskvaya hərbi dəstəyilə bağlı olduğu bildirilir.
Göründüyü kimi, ABŞ Çinə qarşı yeni sanksiyalar qəbul etməyə hazırlaşır. Onu da vurğulayaq ki, bu təzyiqlər fonunda Çinin ən böyük 3 bankı Rusiya ilə ödəmələri dayandırıb. Hindistan da Rus neftinə görə ödənişləri dayandırıb.
Bu Moskvanın meydanda təklənməsi anlamına gəlmirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Rusiyanın meydanda təklənmə ehtimalı sıfıra bərabərdir:
“Çinin Rusiya ilə əməkdaşlığı hamıya məlumdur. Bu fonda Amerikanın təzyiqlərinin Çinin Rusiyadan tamamilə üz döndərməsinə gətirib çıxaracağına inanmıram. Əslində, Rusiyaya ən çox dəstək verən iki ölkə İran və Şimali Koreyadır. Kreml Ukrayna müharibəsində ehtiyacı olan silahları əsasən onlardan alır. Hindistan və Çinlə əməkdaşlığı isə daha çox Rusiya neftinin satışı ilə bağlıdır. Avropada bağlanan bazar indi Hindistan və Çində açılıb.
Düzdür, onlar Rusiyanın vəziyyətinin ağır olmasından istifadə edib, nefti çox aşağı qiymətə alır. Ancaq bu cür ticarət Pekinlə Dehlinin maraqlarına cavab verdiyindən Rusiya ilə əməkdaşlıqlarının kəsilməsi ehtimalını görmürəm.
Onu da nəzərə alaq ki, ABŞ və Aİ Çinin ən böyük ticarət tərəfdaşıdır.
Bu səbəbdən Çinə qarşı ciddi sanksiyalar Amerika iqtisadiyyatına da ciddi problemlər yarada bilər. Ona görə də ABŞ-Hindistan, ABŞ-Çin münasibətlərinin ciddi şəkildə kəskinləşəcəyinə inanmıram. Pekin və Dehli öz siyasətlərini dəyişməyəcək və Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirəcəklər. Ən azından Ukrayna müharibəsinin davam etdiyi dövrdə Rusiyanın meydanda tək qalma ehtimalı yoxdur”.
Tarix: 25-04-2024, 09:52
-
Bu gün, 07:10
Müharibə rusları yarı böldü: 50 faiz Ukrayna ilə sülh istəyir - GƏLİŞMƏ
-
Bu gün, 07:07
“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...
-
Bu gün, 07:05
Qorxunc içkilər marketlərdə… – İntihara səbəb olur
-
Dünən, 19:38
Bakıda musiqi məktəbində növbəti qalmaqal — Direktordan açıqlama
-
Dünən, 16:10
Vahid Əhmədovun prokuror oğlu işdən çıxarıldı
-
Dünən, 16:03
Şok qərar: Kreml "xüsusi hərbi əməliyyat"dan imtina etdi - Video
-
Dünən, 15:50
"Müdafiə Nazirliyi 7 ildə şirkətimizə 22 milyon manat pul köçürüb"- 143 milyonluq cinayət işində "tender kralı" ifadə verdi
-
Dünən, 14:35
163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
-
Dünən, 13:59
“Azergold” QSC-də RƏHBƏR DƏYİŞİKLİYİ - İLGİNC
-
Dünən, 13:53
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
-
Dünən, 10:55
“Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...” - NARAZILIQ
-
Dünən, 10:31
Başçıların həbs və azadlıq yolu – ŞOK FAKTLAR
-
Dünən, 10:28
NATO-ya gedən yolda “körpü” – 3 strateji hədəf
-
Dünən, 09:46
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
-
Dünən, 09:42
Məktəblilər ancaq evdə dincəlir - yay düşərgələri əlçatan deyil
-
Dünən, 09:18
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
-
Dünən, 09:09
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
-
Dünən, 08:40
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
Dünən, 08:38
Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir
-
5-07-2024, 23:11
Ukraynaya növbəti "Patriot" gətirildi
-
5-07-2024, 23:08
Deputat Kəmaləddin Qafarovun şirkəti cərimələndi
-
5-07-2024, 19:11
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir
-
5-07-2024, 19:10
Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal
-
5-07-2024, 19:08
ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə saldı
-
5-07-2024, 18:56
DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT
-
5-07-2024, 18:54
AAYDA-nın “köklü”ləri savaşır: Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
-
5-07-2024, 18:52
QHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində…
-
5-07-2024, 18:50
TƏBİB-in yaranması ilə səhiyyəmiz nəinki düzəldi hətta düz olanı da əyildi
-
5-07-2024, 17:38
Şuşa Zirvəsinin pərdəarxası məqamları - DETALLAR
-
5-07-2024, 14:57
Partiya sədrindən seçki AÇIQLAMASI: - “Bu adamların parlamentdə iştirakı doğru deyil”
{sape_links}{sape_article}