Trampın yeni NATO PLANI: Gürcüstan və Ukraynanın üzvlüyünə moratorium qoyulacaq


Trampın NATO ilə bağlı yeni planı mövcuddur.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri məlumat yayıb.
Qəzet yazır ki, ABŞ NATO-da qalacaq, lakin alyansda aktivliyini bir-neçə istiqamətdə azaldacaq.
“ABŞ Trampın ikinci dövründə Avropa üzərində nüvə çətirini saxlayacaq və Almaniya, İngiltərə və Türkiyədəki hava qüvvələrini və bazalarını, eləcə də dəniz qüvvələrini saxlayacaq, Birləşmiş Ştatlar nüvə silahını NATO-nun nüvə planlaşdırma qrupu çərçivəsində (NAP) bölüşəcək”, – məlumatda qeyd olunub.
Nəşrin mənbələri bildirir ki, eyni zamanda, piyada, zirehli texnika, logistika və artilleriyanın əsas hissəsi son nəticədə amerikalıların əlindən avropalıların nəzarətinə keçəcək.
“ABŞ Avropada hərbi xərcləri azaldacaq. Yalnız İsveç, Finlandiya istiqamətində səylər gücləndiriləcək. Tramp, eyni zamanda, ABŞ-ın NATO-da rolunu Avropada döyüş gücünün əsas təminatçısı olmaqdan yalnız böhran zamanı dəstək verən birinə keçməyi əhatə edəcək”, – deyə nəşr yazır.
KİV-in analitikləri hesab edir ki, Tramp Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə moratorium tətbiq edə bilər.
“Tramp Rusiya prezidenti Vladimir Putinlə Moskvanın Ukrayna ərazisinin nə qədər hissəsini özü üçün saxlaya biləcəyi ilə bağlı danışıqlar aparır. Trampa yaxın dairələr Krım və Donbasın geri qaytarılmasını qeyri-mümkünlüyünün və bu istiqamətdə Rusiyaya güzəştə getməyi planlaşdırır. Eyni zamanda, Tramp hesab edir ki, NATO artıq lazım olduğu qədər genişlənib və bundan sonra genişlənmək Rusiya ilə birbaşa toqquşmadır”, – vurğulanıb.
Həmçinin bildirilib ki, Tramp yeni planında Almaniya ilə toqquşmanı istisna etmir.
“Trampın Milli Müdafiə Strategiyasının hazırlanmasına rəhbərlik edən Elbric Kolbi deyib ki, “almanların etdiklərini biz artıq 10 dəfə edə bilmərik və onlara qarşı sərt olmağa hazır olmalıyıq. Nəticələr olmalıdır”.
Kolbinin sözlərinə görə, onlar NATO-nun fəal olmasını, lakin avropalıların rəhbərlik etməsini istəyir. O, deyib ki, orijinal ideya bu idi və bu, Duayt Eyzenhauerin ideyası idi”.
Tarix: 4-07-2024, 16:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}