Başçının müavininə kimsə söz deyə bilmir?.. - İDDİA


Başçının müavininə kimsə söz deyə bilmir?.. - İDDİA














Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 92 A, mənzil 1 ünvanında yaşayan “Şabran D” MMC-nin direktoru Bədəlov Cəlal Bayram oğlu Şabran rayon İcra Hakimiyyətinin başçısı N.Novruzova şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də daxil olan müraciətdə deyilir:

"Hörmətli Novruz müəllim! Mənim Sizə ünvanladığım Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovun məndən mənimsədiyi 227000 manat pulu mənə qaytarılmasına görə müraciətə, rayon İcra Hakimiyyəti başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Nəsimi Mirzəyev cavablandıraraq, şikayətimin əsassız olduğunu müəyyənləşdirilmişdir. Eyni məzmunlu şikayətimlə bağlı Azərbaycan Respublikası Ali Məhkəmənin mülki kollegiyasının qərarını təqdim etmişdir.

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovun məndən mənimsədiyi 227000 manat pulu geri almaq üçün dəfələrlə Mehdi Balabəyovun və Sizin qəbulunuzda olmuşam. Çox get gəldən sonra mənə 50000 manat pul qaytarılıb və yenə də gözləməyi təklif ediblər. Lakin o sonradan pulu qaytarmadı. Onun bu hərəkəti ilə bağlı dəfələrlə Sizə və Hüquq Mühafizə Orqanlarına müraciət etsəm də, müraciətimə baxılması üçün Şabran rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bu müraciətimə isə İcra Hakimiyyətinin müavini – barəsində şikayət etdiyim şəxsin həmkarı müavin Fikrət Nuşiyev cavablandıraraq guya mənim şikayət ərizəmdə yazdıqlarımın yalan olduğunu və sübuta yetmədiyini mənim həmin şəxsdən şikayətimi qərəzli xarakter daşıdığını mənə ünvanladığı məktubda göstərmişdir. Bundan sonra mən mülki qaydada pulumu almaq üçün 26 dekabr 2017-ci ildə Şabran rayon məhkəməsinə müraciət etmişəm. Cavabdeh

Balabəyov Mehdi Eyyub oğlu vəzifəli şəxs olduğuna görə Şabran rayon İcra Hakimiyyətinin başçısının müavini, Şabran rayon məhkəməsi 25 aprel 2018-ci il tarixli 2 (031) – 127/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.Ə.İskəndərov) iddiaçı Bədəlov Cəlal Bayram oğlunun cavabdeh Balabəyov Mehdi Eyyub oğluna qarşı əsas borca görə 177000 manat pul tələbimi təmin etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2018-ci il tarixli 2 (105) – 2721 (2018) saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abbasov sədrlik edən məruzəçi A.O.Hüseynov və G.F.Tağızadə) Apellyasiya Şikayəti təmin etmədən, iş üzrə Şabran rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Mən və vəkil Sevda Əliyeva qətnamədən kassasiya şikayətinin vermişdik.

İş aktlarından da görünür ki, bütün sübutlar təqdim olunsa da, səs və ya video sübut kimi istifadə olunmamışdır.

Hörmətli Novruz müəllim!

Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyov məndən mənimsədiyi pulu qaytarmaq əvəzinə yenə də həmkarları tərəfindən müdafiə olunur. Dahi öndərimiz H.Əliyevin belə bir kəlamı vardır. Dövlət 2 şeydən sarsıla bilər. Cinayətkar cəzasız qaldıqda, günahsıza cəza verildikdə.

Mən də öz hakimiyyət mövqeyindən sui-istifadə etmiş Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovun əməllərinə hüquqi qiymət verilməsinə və məndən mənimsədiyi pulların mənə qaytarılmasına köməklik göstərəsiniz".

İddia olunanlarla bağlı Dİ olaraq bütün tərəfləri dinləməyə hazırıq...
Tarix: 4-03-2019, 22:55
Xəbəri paylaş





Xəbər lenti