Biznes mərkəzini idarə edən “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var


“Çinar Park” QSC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Çinar Park” QSC-nin vergi borcu 103 373.40 manatdır. Bu vergi borcu 24.11.2024-cü il tarixinə olan məlumatdır.
2006-cı ildə dövlət qeydiyyatına alınmış  “Çinar Park” QSC-nin nizamnamə kapitalı 4 325 398 manatdır. Şirkətin qanuni təmsilçisi Gülməmmədli Ülvi Rüfət oğludur. Şirkətin hüquqi ünvanı, Bakı, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllədir.
“Çinar Park” QSC “Çinar Park Biznes Mərkəzi”ni idarə edir.
Tarix: Bu gün, 10:01
Xəbəri paylaş





Xəbər lenti