Yüksək rütbəli məmurlarla yanaşı, özlərini "kiçik padişahlar" hesab edən bir çox icra başçıları və müavinləri də artıq oliqarxa çevrilib, böyük biznes şəbəkəsini və milyonlarla pulu idarə edirlər. Qanunların tələblərini yerinə yetirməyən bəzi yerli məmurlar bizenslərini günü-gündən genişləndirərək böyük şəbəkə qurublar.

Belələrindən biri də Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və müavini Rövşən Əhmədovdur.. Rayon sakini sahibkar Quliyev Etibar Əvəz oğlu BakuPress -ə müraciət edərək, başına gətrilən oyunlardan danışdı.Beləki ,2012-ci ildə qanuni sənədlə aldığı 35 sot torpağında tikinti tikməyi üçün Rayon icra başçısının müavini 15 min dollar rüşvət istədiyini bildirir.Vətəndaş qeyd edir ki,torpağı aldığı ərəfədə ətrafı zibilliyə çevrilmiş ərazini İcra başçısı mənə dedi ki,prezidentin rayona səfəri olacaq odur ki,orada öz hesabına abadlıq işləri apar və park sal.Məndə təkcə növbənöv ağaclara gətrilib əkilməsinə 20 min dollar pul xərclədim ,çox gözəldə park saldım adı oldu icra hakimiyyəti rayonda abadlıq işləri aparıb.Nəhayət ki,2018 -ci ildə öz torpğımda istirahət mərkəzi,yeməkxana tikitisinə başladım qaragünlərim bundan sonra başladı Rayon icra hakimiyyətinin memarı bir gəldi ki,bəs 15 min Rövşən müəllimə çatmalıdır yoxsa burda heçnə tikə bilmərsən.Daha sonra Ağcəbədi rayon polis şöbəsinin müstəntiqi Pərviz Seyidov mənə dedi ki15 min verilmisə siz hecnə edə bilmərsiniz.Hər şeydən bezmişəm mən doğulub böyüdüyüm torpaqda  pulumla aldığım ərazidə nəsə tikməliyiksə, Rovşən Əhmədova mütləqdir ki,rüşvət verməliyik?Ağcəbədidə hansı sahibkarı dindirsəniz Rövşənin Əhmədovun əlindən bezara gəlib.Əlimdə əsas var Rövşən Əhmədovun psixi problemləri olduğu üçün hec hərbi xidmətdə olmayib bu vəziyyətdə olan adam necə icra hakimiyyətində müavin işləyə bilər?Kimə deyək ,hara deyək dərdimizi bilmirik?Xahiş edirəm bizim səsimizi prezidentə çatdırın.


Məsələ ilə bağlı Ağcəbədi rayon icra başçısının müavini Rövşən Əhmədovla dəfələrlə əlaqə saxlasaqda zənglərimizə cavab verilmədi.Eyni zamanda rayon icra başçısı Şahin Məmmədov da zənglərimizə cavab vermədi.

 Ölkə prezidenti İlham Əliyevin məmurlara və icra başçılarına sahibkalara mane olmamaq və onlara yardımçı olmaq barədə dəfələrlə verdiyi tapşıqılara və etdiyi xəbərdarlıqlara baxmayaraq,Ağcəbədi icra hakimiyyətinin əməlləri buna  tamamilə ziddir. Və bu zaman təbii olaraq ortaya sual çıxır. Ölkə prezidentinin tapşırıq və xəbərdarlıqlarına məhəl qoymayan Ağcəbədi icra başçısı kimin tapşırıqlarına əməl edir? Bu sualın cavabını yəqin ki, icra başçısı və müavini Rövşən Əhmədov bilir…