İsmayıl Vəliyev Neftçalanın dizlərini necə bükür... - İTTİHAM
Neftçalanın icra başçısı İsmayıl Vəliyev xalqa xidmət eləmək əvəzinə xalqla müharibə edir. Və bu müharibənin tək səbəbi var. Daha çox varlanmaq...
Faktiki olaraq İsmayıl Vəliyev bir mənalı qaydada xalqa xidmət etmir və bununla da o, özünü ölkə prezidentinin Neftçaldakı təmsilçisi sifətinə kölgə düşürür.
Neftçaladan PİA.az-a davamlı olarq şikayətlər daxil olur. Bu şikayətlərin demək olar ki, hamısı Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevdən olur. Qeyd edək ki, İsmayıl Vəliyev artıq 8 ildir ki, Neftçalaya rəhbərlik edir. Bu 8 ildə onun gördüyü bir iki abadlıq işləri olub ki, onlar da yarımçıq qalıb. (Zatən İsmayıl Vəlivin hələ Gömrük Komitəsində işlədiyi zaman ləqəbi “yarımçıq İsmayıl” olub). Yəni Neftçalanın 300 metrlik mərkəzindən kənara çıxan kimi bir xarabalıqla rastlaşırsan. Daha doğrusu xarabalıqlarla...
Neftçala Azərbaycanın ən kasıb rayonlarından hesab olunur. Buna baxmayaraq Neftçala ölkənin ən zəngin təbii sərvəti olan rayonlarından biridir. Amma istər sovet illərində, istərsə də müstəqillik dönəmində rayon camaatı ciddi problemlər içində yaşamaqdadırlar.
Neftçalanın problemlərindən biri də başçı İsmayıl Vəlivevdir. Çünki başçı Neftçalanı özünün mülkü halına gətirib və sanki neftçalalılar onun təhkimliləridir.
Açıq söyləsək, icra başçısı 8 ildir ki, neftçalalıalrala müharibə aparır. Mübaribə İsmayıl Vəliyevin rayona gələn kimi özünə yeni bazar tikdirməsi və köhnə bazarı dağıtmaq istəyi ilə başlayıb. İsmayıl Vəliyev 100-lərlə insanın evinə çörək apardığı həmin bazarı bağlamaq və Neftçalanın gəlirlərin öz bazarına köçürtməküçün başçı hələ də bu müharibəni aparır. Hazırda Neftçala bazarının ətrafını sökməklə məşğul olan başçı burda heç bir şey inşa eləməyi də düşünmür. Sadəcə bazarı köçürtmək üçün bu yola əl atıb. Hətta başçının rayonun kanalizasiya sistemini belə dağıtdığı söylənilir. Yəni İsmayıl Vəliyev öz bazarını gücləndirmək üçün əl atdığı yollardan birini də Neftçala bazarını kanalizasiya sularının içində batırmaqda görür.
İşin maraqlı tərəfi də odur ki, nə bazarın satıcıları, nə də alıcıları başçının bazarına getmir. Yəni sözün əsil mənasında neftçalalılarla İsmayıl Vəliyevun arasında müharibə gedir və bu müharibəni başlayan və davam etdirən də İsmayıl Vəliyevdir.
Faktiki olaraq İsmayıl Vəliyev bir mənalı qaydada xalqa xidmət etmir və bununla da o, özünü ölkə prezidentinin Neftçaldakı təmsilçisi sifətinə kölgə düşürür.
Cənab Vəliyevin Neftçaladakı 8 illik “xidməti” araşdırılsa isə ortaya çıxan mənzərə bir şeyi göstərəcək. İsmayıl Vəliyevin 8 illik fəaliyyəti ancaq özü üçün pul, sərvət qazanmağa yönəlib. Cənab Vəliyevin başqa bir niyyəti və fikri də olmayıb. Sübut üçün sadəcə Neftçalaya ötəri baxmaq belə yetərlidir.
Artıq Neftçalanın bütün gediş-gəlişli yerlərində özünə yeməkxana tikdirən İsmayıl Vəliyev rayonun iş adamlrının kabusuna çevrilib. Dövlət fondunda olan və su çıxmayan 1000 hektardan artıq otlaq sahələrini pambıq əkmək adı ilə fedmerlərdən zorla alan İsmayıl Vəliyev rayonda heyvandarlığın inkişafına da ciddi ziyan vurub. Pambıq əkmək adı altında fermerlərdən zorla aldığı otlaq sahələrdə isə pambıq əkməyib, dəmyə taxıl əkərək özü üçün pul qazanıb. Yəni faktiki olaraq Neftçalanın icra başçısı rayonun bütün gəlirli sahələrini ələ keçirib və rayonda əhalinin gəlirlərinin azalmasına səbəb olub.
Pambıqçılığa gəlincə, İsmayıl Vəliyev bu sahədə də rayona ziyan vurub və vurmaqda davam edilir. Neftçalada pambıq emalı zavodu olduğu halda icra başçısı yığılan pambığın böyük hissəsini emal olunmaq üçün Gəncəyə yollayır. Sual olunur niyə Gəncəyə? Əgər Neftçala pambıq zavodunu gücü yetərli deyilsə, ki, yetərlidir, niyə Salyana, ya da Sabirabada yox, məhz Gəncəyə? Çünki cənab başçı əslən Gəncədəndir və o, “Gəncə Pambıq Əyrici” MMC-də paya sahibdir. Məsələ bu qədər bəsitdir.
Halbuki Neftçala Pambıq zavodu tam gücü ilə işləsə rayonda 200-dən artıq insan işlə təmin oluna bilər. Hazlrda pambıq zavaodu ildə bir, ya da iki ay işləyir. Sovet dönəmində isə 3 növbədə işləyən pambıq zavodu rayon əhalisinin əsas qazanc yerlərindən biri hesab olunurdu.
İsmayıl Vəliyev Neftçalanın əsas istehsal sahələrini “metallom” edərək satıb. Bir zamanlar bütün SSRİ-də ad çıxaran Bnakə Balıq Kombinatı da bu qəbildəndir.
İsmayıl Vəliyevin rayonda apardığı “özəlləşdirmə” fəaliyyəti ilə bağlı uzun-uzadı yazmaq olar. Yəni mövzu çox dəribdir və doğurdan hazırda neftçalalıların 1 nömrəli problemi İsmayıl Vəliyev hesab olunur.
Dünən mənə zəng edən bütün bunlardan danışan Qarabağ əlilini dinləyərkən içimdə yaşadıqlarımı ifadə edə bilmirəm. Həmin Qarabağ əlili dəfələrlə məndən xahiş elədi ki, onun adını yazıda çəkməyim. Çünki qorxur. Qorxur ki, İsmayıl Vəliyev ona, ya da yaxınlarına zərər verər.
Həmin Qarabağ əlili bildirir ki, artıq neçə illərdir ki, rayon sakinləri İsmayıl Vəliyevi Rayon İcra Hakimiyyətində tapa bilmirlər. İsmayıl Vəliyev nə səyyar qəbul keçirir, nə də icra hakimiyyətində vətəndaşları qəbul edir. İcra başçısı saat 11-də sonra bir neçə restoran var ki, onlardan birinə gedir və axşama qədər orda oturur. Elə yanına gələnləri də restoranda qəbul edir.
Fikrinizə başqa bir şey getməsin. Onun qəbul elədiyi biçarə rayon sakinləri deyil, obyektlərini işlətmək üçün tapşırdığı adamlar olur. Şikayətçilər isə bir qayda olaraq İsmayıl Vəliyevin həndəvərinə belə hərlənə bilmirlər...