Göygöl Milli Parkının sanitariya-mühafizə zonası 3 rayonu əhatə edəcək


Göygöl Milli Parkının sanitariya-mühafizə zonası müəyyənləşib.

ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Göygöl Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında” qərar verib.

Qərara əsasən, Göygöl Milli Parkının sanitariya-mühafizə zonası Göygöl rayonu üzrə 303,58 hektar, Goranboy rayonu üzrə 73,2 hektar, Daşkəsən rayonu üzrə 80,04 hektar olmaqla, ümumilikdə 456,82 hektar sahədə təsdiq edilib.

Tarix: 7-03-2019, 07:18
Xəbəri paylaş





Xəbər lenti