UCARDA SAHİBKARLAR "QAN AĞLAYIR"....

 Ucar rayon sakinləri olan bir qrup sahibkar tərəfindən Siam.az -ın redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri qeyd edir:
“Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılıb. Biz bu sağlam mühitdən səmərəli istifadə edib, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlətə vergi veririk, ailəmizi, azyaşlı uşaqlarımızı normal dolandırırıq. Bizim sahibkarlıq fəaliyyətimiz sənətkarlqıdan ibarətdir. Biz hamımız Ucar rayununun Qarabörk kəndi ərazisində yerləşən "Avtomobillərin təmir sexi"ndə avtomobil ustası fəaliyyəti ilə məşğul oluruq. Halal zəhmət peşəsinin sahibləriyik. Hər birimizin əmək müqaviləmiz var, dövlətə hər ay vaxtlı-vaxtında vergi ödəyirik. Bizə qarşı yaradılan süni maneələrə görə narahatıq.
Narahatçılıq isə əsas ona görə var ki, məmur özbaşınalığının nəticəsində iş yerimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Bu xəbəri müharibə başlaması kimi qəbul etdik. Müharibədə insanlar həlak olur, uşaqlar yetim qalır, evlər dağılır. Əgər biz iş yerimizi itirəriksə, sanki ailəmiz, azyaşlı uşaqlarımız aclıqdan məhv olacaq, yurdumuz dağılacaq. Bunun isə birbaşa məsuliyyəti Ucar rayon Arxitektura və Memarlıq Şöbəsinin müdiri Nasir Abdıyevin və rayonda insanları şantaj edən Əsgərov Mətləb Əli oğlu adlı şəxsin üzərinə düşəcək. Çünki bu korrupsioner məmur uzun illərdir saxta sənədlərlə qanunsuz tikinti işlərinə icazə verməklə törətdiyi cinayət əməllərinə görə cazasız qaldığı üçün daha da azğınlaşmışdır.

Həmçinin Mətləb Əsgərov adlı şəxs sifarişlə bizi şantaj edir. Biz əmək müqaviləsi ilə dövlətə vergi verib, qanuni qaydada işlədiyimiz halda Əsgərov Mətləb Əli oğlu orqanlara bizdən şikayətlər edib, əmək müqaviləsi bağlanmadan işlədiyimizi, vergi ödəmədiyimizi, sexin ərazisində torpağın zəbt olmasını göstərir. Həmin orqanlar da Əsgərov Mətləbin yalan şikayət ərizələrini araşdırmaqla məşğuldur.
Əsgərov Mətləb Əli oğlu kimdir? Ucar rayonunda insanları şantaj etməklə məşğul olan birisidir. Orta məktəbi güclə oxuyan bu bisavad özünü rayonda demaqoq kimi qələmə verib, öz məişət problemlərini bu yolla həll edir. Onun 2-ci qrup əlilliyi yoxlanılmalıdır. Çünki bu adamın 2 barmağı tokar dəzgahında kəsilib. Buna görə ona 3-cü qrup əlillik dərəcəsi düşməli olduğu halda necə olub ki, 2-ci qrup əlillik dərəcəsi təyin olunub? Bu faktın ciddi araşdırılmasına zərurət var.
Ucar rayon Arxitektura və Memarlıq Şöbəsinin müdiri Nasir Abdıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 12 nəfər ailənin işlədiyi avtomobillərin təmiri sexinin yolunun bağlanmasına qanunsuz qərar vermişdir. Bu cinayət əməlidir ki, vəzifəli şəxs tərəfindən törədilmişdir. Nasir Abdıyev bunu Mətləb Əsagərova görə etmişdir. Çünki Mətləb Əsgərov bizim işlədiyimiz "Avtomobilllərin təmiri sexi"nin yolunu kəsmək istəyən obyektin sahibi Tağıyev Nizami Adil oğlunun şillə vuranıdır. Nizami Tağıyev özü üzə çıxa bilməsə də, Mətləb Əsgərovu qabağa verib, bizi şantaj etdirməklə öz qanunsuz hərəkətlərini həyata keçirmək istəyir. Məqsəd isə nəyin bahasına olur-olsun həmin obyektin yan hissəsindən qanunsuz 3 böyük qapı açdırıb, bizim işlədiyimiz böyük sexi bağlatdırmaqdır.
Qeyd edək ki, Ucar rayonu Qarabörk kənd ərazisində yerləşən sahibkar Toğrul Hacıyevə məxsus "Avtomobillərin təmir sexi" və avtomobillərin ehtiyat hissələrinin satışı mağazini var. Həmin sexdə biz 12 nəfər işləyib ailəmizə çörək aparırıq. "Avtomobillərin təmiri sexi" qanuni qaydada rayonun tikinti planlarına əsasən inşa edilib, fəaliyyət göstərir. Həmin sexə avtomobil və piyada yolu 2,5 metrdir ki, buradan eyni vaxta iki avtomobilin hərəkət etməsi məhduddur. Buna baxmayaraq yaxınlıqda yeni inşa edilən Tağıyev Nizami Adil oğluna məxsus olan obyektin yan tərəfindən qanunsuz olaraq 3 ədəd böyük qapı açmaq istəyirlər. Yuxarıda qeyd etdiyimiz kimi, "Avtomobillərin təmiri” sexinin yolu 2.5 metrdir ki, burada eyni vaxtda iki maşının hərəkət etməsi mümkün deyil. Bizim sexin fəaliyyəti isə ancaq avtomobilləri təmir etməkdir. Nizami Tağıyevə məxsus obyektin isə qapısı və yolu var ki, bu yer seçmə aktında qeyd edilib. Nizami Tağıyevin tikintisi üçün verilmiş köhnə çertyojda onun obyektinin yolu düzgün qeyd edilmişdir və həmin obyekt köhnə çertyoja əsasən inşa edilib. Nasir Abdıyev saxtakarlığa yol verərək həmin obyek köhnə çertyojla inşa edildikdən sonra geri tarixə yeni çertyoj tərtib edib, Mətləb Əsgərovun əlinə həmin saxta sənədi verib, bizi şantaja məruz qoyub.

Sahibkar Toğrul Hacıyev bu qanunsuzluğun qarşısının alınması üçün Ucar Rayon İcra Hakimiyətinə müraciətlər edib. Ancaq indiyə qədər heç bir qanuni tədbirlər görülməyib. Çünki həmin saxta çertyojlu obyektin sahibi Nizami Tağıyevin verdiyi puldan tək arxitektor Nasir Abdıyev, Əsgərov Mətləb yox, həmçinin rayon rəhbərliyi də yararlanıb. Buna görə də, həyacan təbili çalmağımıza baxmayaraq, bu saxtakarlığın qarşısını almırlar.
Qanunsuz dəyişikliyə əsasən, həmin obyektin öz yolu olduğu halda bizim işlədiyimiz “Avtomobillərin təmiri sexi”nin yoluna qapı açılması nəzərdə tutulmuşdur. Bu isə konkret olaraq "Avtomobillərin təmir sexi"nin avtomatik bağlanılması deməkdir. Nəticədə isə genosidə bərabər faciə baş verəcək. Çünki biz işsiz qaldıqda azyaşlı uşaqlarımız aclıqdan məhv olacaq. Hər birimizin ailəsində 2-3 uşağımız var, hər bir işçinin qazancı hesabına 5 nəfər ailə üzvü yararlanır. Bu isə təxminən 60 nəfərə yaxın adam edir.
Genosid aktı kimi qəbul etdiyimiz həmin qanunsuz çertyoju Nasir Abdıyevin özünə yedizdirmək lazımdır. Bizim başqa iş yerimiz yoxdur. Ancaq ümüdimiz sizlərədir, inanırıq ki, Nasir Abdıyevin və şantajçı Əsgərov Mətləb Əli oğlunun azyaşlı uşaqlarımızın aclıqdan məhv olması siyasətinə dur deyib, bu saxtakarların barəsində tədbir görəcəksiniz.
Biz Ucarlı sahibkarlar mərkəzi orqan rəhbərlərindən çox-çox xahiş edirik, bu şikayət ərizəmizi yerində bizim iştirakmızla obyektiv araşdırıb, plandan kənar qanunsuz tikinti aparılmasına dair çertyojda dəyişiklik etmiş Ucar rayon Arxitektura və Memarlıq Şöbəsinin müdiri Nasir Abdıyevin və onun əl altısı olan Əsgərov Mətləb Əli oğlunun barəsində ciddi, təsirli və qəti tədbirlər görəsiniz, bu saxtakarlığın qarşısının alınmasına göstəriş verəsiniz”.
Qeyd edək ki, məktuba aşağıda adları qeyd olunan sakinlər imza atıb:
1.Hacıyev Toğrul Rəhim oğlu Ucar şəhəri Oğuz küçəsi ev 7 mənzil 5 Əlaqə telefonu;
2. Baxşıyev Rəhman Baxış oğlu Ucar rayonu Gəraybəyli kəndi;
3.Hüseynov Rəşad İnqilab oğlu Ucar şəhəri 20 Yanvar küçəsi ev 27;
4.Hüseynov Famil Əlisa oğlu 20 Yanvar küçəsi döngə 15 ev 7;
5. Qafarov Natiq Əlizadə oğlu Ucar rayonu Qazyan kəndi;
6. Əliyev Rahim Razim oğlu Ucar rayonu Qarabörk kəndi;
7. Məmmədov Səxavət Zöhrab oğlu Ucar rayonu Qarabörk kəndi;
8. Şirəliyev Elman Məhərrəm oğlu Ucar rayonu Qaziqumlaq kəndi;
9. Nəzərov Musa Əli oğlu 20 Yanvar küçəsi döngə 9 ev 3;
10. Binyətov Azər Sehran oğlu Ucar rayonu Gəraybəyli kəndi;
11. Hüseynov Hüseyn İsmayıl oğlu Ucar şəhəri Oğuz küçəsi ev 5.
 

Tarix: 12-03-2019, 08:30
Xəbəri paylaş





Xəbər lenti