Redaksiyamıza müraciətedən Quliyeva Könül Həsən qızı bildirir ki, Laçın Rayon icra Hakimiyyətinin orqanı olan "Laçın" qəzetində müxbir kimi işləyir. Narazı vətəndaşın prezident İlham Əliyevə ünvanladığı müraciətinin DİA.AZ-a daxil olan mətnində deyilir:
"İcra basçısı Aqil Nəzərli 9 aydır mənim aylıq aldığım 140 manat maaşımı vermir. İldə iki dəfə abunə haqqı adı altında bütün idarə və müəssisələrdən abunə haqqı yığır. Dəfələrlə başçının müavini Tofiq müəllimə, baş redaktor Mayıl Xanlara müraciət etsək də, deyirlər, "başçılıqdır, bizlik bir şey yoxdur".
Xatirladım ki Aqil müəllimdən əvvəl vaxtlı-vaxtında maaşımızı alırdıq.
Cənab Prezident! YAP-ın fəal üzvü kimi iki usaq anası olaraq ümüdimiz tək sizədir. Xahiş edirəm köməklik edəsiniz.
Cənab Prezdentimiz gənclər üçün iş yeri açır, Aqil müəllimin isə əlacı olsa, bütün işçilərin maaşını mənimsəyər".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...