“Kim pul verir, onun əkin sahəsinə su buraxırlar” - Əhmədzadənin kadrlarına daha bir ittiham

 “7 ildir nişanlıyam, üzüklərimizi satıb kredit götürüb 3 hektarlıq əkin sahəmizdə məhsul becərmişəm. Ancaq suvarma sistemində olan çətinliklərə görə illərdir, məhsulum tələf olub gedir”.

Bu sözləri Sabirabad rayon Nizami kənd sakini Həbib Nuriyev “Qafqazinfo”ya müraciətində deyib. Şikayətçinin sözlərinə görə, rayonda əkin yerlərinin suvarılması ilə bağlı böyük çətinliklər var:

3 ildir ki, əkinlərimizin suvarılması mümkünsüz olub. Su idarəsinin müdiri ilə dəfələrlə danışığımız olsa da, problemimiz həll olunmur. Su ancaq ödənişli şəkildə verilir. Kimlər ki, pulunu ödəyir, onlara su verilir.

Axırda bezib dövlətə müraciət etdik. Kanalların açılması və bərpası üçün 2 milyon manat ayrılmışdı. Ancaq heç 100 mini də xərcləmədilər. Yüzlərlə ailə bu problemdən əziyyət çəkir. Problemin həll olunacağını deyirlər, ancaq ortada bir iş yoxdur”.
 
Tarix: 15-03-2019, 14:52
Xəbəri paylaş





Xəbər lenti