Yevlaxın icra başçısı ilə bağlı iddialar... - İşdən atırlar...
Yevlaxın icra başçısı Qoca Səmədovun vəzifəsindən bu yaxınlarda çıxarılacağı gözlənilir. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar informasiya verib.Mənbə deyir: "Prezidentin həyata keçirdiyi islahatlar və bölgələrdə İH başçılarını dəyişməsi prosesinin davamı olaraq Yevlaxa yeni rəhbər göndərilməsi nəzərdə tutulur".
Yevlaxda sahibkarlar üçün heç bir münbit şərait yaradılmayıb. Sahibkarlığa dəstək yalnız Səmədovların imkanlarını genişləndirir.
Dövlət başçısı aqrar regionlarda sahibkarlığın, qeyri-neft sektorunun, aqrar sahələrin inkişafı haqda tapşırıqlar verir, pul ayırır. Hazırda Yevlax da aqrar bölgələrdən biridir.
Amma fermerlər və iş adamları “qan ağlayır”lar. Əvəzində pula pul deməyən Q.Səmədovun oğlanları rayonda şadlıq evlərinin sahibləridirlər. İcra başçısının oğlanları rayonda əsas biznes sahibləridirlər.
Tarix: 16-03-2019, 21:21