Gəncə Dövlət Universitetində Təhsil Nazirliyinin əmri niyə icra olunmur - İDDİA
Bakunews.az xəbər verir ki, sosial səhifələrdə 11.02.2019-cu il tarixində Təhminə Musayeva adlı istifadəçinin paylaşdığı mövzu diqqət çəkib. Beləki GDU-da niyə təhsil nazirliyinin əmrlərinin icra edilməməsinə toxunan sosial istifadəçi universitet rəhbərliyinə sanki açıq məktub yazıb. Həmin məktubu olduğu kimi iszlərə təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 16.06.2016-cı il tarixli (protokol 15-K) iclasında tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyindən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq Gəncə Dövlət Universitetinin Coğrafiya kafedrasının dosent əvəzi Əhmədli Arifə Abbasəli qızına coğrafiya kafedrasının dosenti elmi adının verilməsindən imtina edilmişdir. Bu məsələ ilə bağli olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sədri ,akademik A.Ş.Mehdiyev tərəfindən Gəncə Dövlət Universitetinin rektoruna 06.10.2016-cı il tarixdə 48-01-426/16 nömrəli məktub göndərilmişdir. Bundan sonra, universitetdə keçirilən iclasda aşağıdakı məzmunda qərarlar qəbul edilmişdir:
1. Əhmədli Arifə Abbasəli qızının "Torpaq coğrafiyası fənnindən çöl təcrübələrinin aparılmasına dair" metodik göstərişi plagiat hesab edilsin.
2. Yuxarıda adı çəkilən dərs vəsaiti universitetin tədris prosesindən çıxarılsın, habelə kitabxanadan ləğv olunsun.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 16.06.2016-cı il tarixli (protokol 15-K) iclasında tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyindən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq Əhmədli Arifə Abbasəli qızına coğrafiya kafedrasının dosenti elmi adının verilməsindən imtina edildiyindən Əhmədli Arifə Abbasəli qızı dosent vəzifəsindən baş müəllim vəzifəsinə keçirilsin.
4. Əhmədli Arifə Abbasəli qızının tədris-metodiki işlərində böyük həcmli plagiat faktlarının aşkar olunmasına görə Azərbayan Respublikası Təhsil Nazirliyinin 05.07.2016-cı il tarixli Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat hallarına qarşı mübarizə tədbirləri haqqında 464 saylı əmrinin 5-ci bəndini rəhbər tutaraq Arifə Abbasəli qızı Əhmədli ilə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Maraqlıdır, verilmiş əmr bu günə kimi icra olunmamışdır.Rektor Yusif Yusibov humanistlik göstərərək bu əmri yerinə yetirməmiş, habelə Təhsil Nazirinin əmrinə qarşı çıxaraq bu əmrin 4-cü bəndini icra etməmişdir.
Bundan sonra, 10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr vəzifəsini icra edən Vəli Hüseynov tərəfindən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova 48-03-166/16 nömrəli aşağıdakı məzmunda ikinci məktub göndərilmişdir: Hörmətli Yusif müəllim! Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 15.02.2017-ci il tarixli (prot. 03-K) iclasında Sizin rəhbərlik etdiyiniz Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin Coğrafiya kafedrasının dosenti Əhmədli Arifə Abbasəli qızının apelyasiya ərizəsinə (25.06.2016) baxılmış və tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyi və yer elmləri üzrə ekspert şurasının təkrar mənfi rəyi nəzərə alınaraq,iddiaçıya "Coğrafiya" kafedrası üzrə dosent elmi adı verilməsindən imtina edilməsi haqqında Kollegiyanın 16.06.2016-cı il tarixli (prot.15-K) qərarı qüvvədə saxlanılmışdır. Gələcəkdə Ali Attestasiya Komissiyası qarşısında Elmi adlar verilməsinə dair vəsatət qaldırarkən belə halların təkrar olunmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi diqqətinizə çatdırılır.
Hörmətlə, Sədr vəzifəsini mvəqqəti icra edən Vəli Hüseynov!
Bu əmr də icra olunmyıb.Cənab rektora xatırlatmaq istəyirik ki, nə Ali Attestasiya Komissiyasının qərarı, nə də cənab Nazirin əmri işə tikmək üçün deyil,icra üçündür. Deməli,Gəncə Dövlət Universitetində təhsil nazirinin əmrlərini sayan yoxdur,bu qərarlar yalnız kağız üzərində qalır. Müəllimliyə tam yararsız,ali təhsil haqqında diplomu saxta,elmi əsərləri saxta,dəfələrlə əlində rüşvət tutulmuş,qadına yaraşmayan nalayiq hərəkətləri dəfələrlə universitet elmi şurasında müzakirə obyekti olan,Yeni Azərbaycan Partiyasından qovulan və yenidən İslam partiyasına üzv qəbul edilən Əhmədli Arifə Abbasəli qızı üçün onun işlədiyi kafedranın razılığı olmadan yenidən dosent yeri üçün elan verilmişdir və o bu yeri tutmaq üçün sənəd təqdim etmişdir.Halbuki o bu yerə 5 ilə kimi sənəd təqdim edə bilməz və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə baglı qərar qəbul edilmişdir.Fakültənin dekanı,bir müddət bundan əvvəl universitetin nəzdində qeyri-qanuni kollec tipli kurslar açaraq dövlət əmlakını taladığı üçün işdən qovulan,Rusiyanın bazarlarında göy-göyərti və vaxtı ilə Gürcüstan üzərindən ermənilərə benzin satan dekan Urfan Həsənov bu müəlliməni saxta yollarla fakültə elmi şurasına üzv belə seçdirmışdir. Maraqlıdır,bu biabırçılıqlara göz yumaraq təhsil nazirliyinin əmrlərinə tabe olmamaqda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun məqsədi nədir?
İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...