“Medi Club” klinikası məhkəməyə verildi

 

Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini Bənnayev Museyib Fəaliyyət oğlu “Medi Club” klinikasına qarşı məhkəməyə müraciət edib.

Bu barədə  məlumat verən Museyib Bənnayev bildirib ki, klinika tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan səbəbindən Nəsimi rayon məhkəməsinə  müraciət edilib.Lakin “Medi Club”un səlahiyyətli nümayəndəsi klinikanın Səbayıl rayonunda yerləşməsini əsas gətirərək, əks olunan iddiaya  yerləşdikləri ərazi üzrə  rayon məhkəməsində baxılmasını istəyib .Artıq vəkilim  sənədləri məhkəməyə təqdim edib.

Qeyd edək ki, Museyib Bənnayev həyat yoldaşının əvvəlcə Akademik  Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunduğunu, sonradan isə “Medi Club”Klinikasında müalicəsinin davam etdirildiyini və orada dünyasını dəyişdiyini bildirmişdi.Həmçinin, xeyli miqdarda maddi ziyana salındığını  əsas gətirərək hər iki tibb müəssisəsinin həkimlərinə qarşı ciddi ittihamlar səsləndirmişdi. Bu barədə Faktinfo.az-da “Respublika Klinik Xəstəxanasından “Medi Club” Klinikasına qədər uzanan haqsızlıq-Ümüd dolu vədlər verərək 5000 AZN aldılar” başlıqlı məqalə yayımlanmışdı.

https://www.faktinfo.az/news/respublika-klinik-xestexanasindan-medi-club-klinikasina-qeder-uzanan-haqsizliq-umid-dolu-vedler-vererek-5000-azn-aldilar

(Faktinfo.az)

Tarix: 24-03-2019, 10:37
Xəbəri paylaş





Xəbər lenti