"Bələdiyyələrdən aylıq haqq alınır, verməyənlərə isə hədə-qorxu gəlinir..." - GİLEY


"Bələdiyyələrdən aylıq haqq alınır, verməyənlərə isə hədə-qorxu gəlinir..."
Neftçala rayon sakini, Qarabağ Müharibəsi Qazisi Abduləli Babayev PİA.az-ın elektron ünvanına Bələdiyyə strukturu, fəaliyyəti və Şirvan regional şöbəsi rəisinin əməlləri ilə bağlı olduqca maraqlı yazı ünvanlayıb. Qarabağ qazisinin olduqca maraqlı olan yazısını oxuculara təqdim edirik:

“Azərbaycan Respublikası öz müstəqilliyinin ilk illərində konstitusiya qanunlarını xalqın müzakirəsinə çıxaranda, xalq tərəfindən dəstəklənən maddələrdən biri də Azərbaycanda bələdiyyələrin yaradılması ilə bağlı idi. Konstitusiyanın XI fəsli – dövlətin nəzarəti altında bələdiyyələrə tam müstəqil fəaliyyət hüququnun verilməsini nəzərdə tuturdu. 1995-ci ildə yaradılması nəzərdə tutulan bələdiyyələrin yaradılması işinə 1999-cu ildə start verildi və o zaman ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştiraklarına ulu öndər, ümummilli lider Heydər Əliyevin dəstəyi ilə geniş şərait yaradıldı.

Bələdiyyələrin fəaliyiyyətlərinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında bələdiyylərə yardım və bələdiyyələrlə iş mərkəzi və regionlarda bu mərkəzin yerli şöbələri yaradıldı.

Bütün bunlar Respublikamızda sosial sahədə Dövlətin yükünün azaldılmasında yerli özünüidarə orqanlarının rolunun artırılması məqsədini güdürdü. 1999-cu ildə keçirilmiş bələdiyyə seçkisindən sonra yaradılmış bələdiyyələr öz nizamnamələri və “Bələdiyyərin statusu haqqında” Qanun əsasında fəaliyyətlərini quraraq təcrübə toplayıb müəyyən uğurlar qazanmışdılar

Bu uğurların daha da inkişaf etdirilməsi üçün Bələdiyyələrə yardım və bələdiyyələrlə iş mərkəzlərinin üzərinə böyük öhdəliklər qoylmaqla yanaşı onların regonlardakı yerli şöbələrindən bələdiyyələrdə qanunçuluğun mökəmləndirilməsi sahəsində ciddi adımların atılması tələb edilirdi.

Əslində isə nə baş verdi? Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən mərkəzin regional şöbələrindən biri kimi fəaliyyət göstərən Şirvan regional şöbəsinin rəisi Nizami Hüseynov adlı hüquqşünas bu şöbənin işini inzibati-amirlik metodu üzərində quraraq şöbənin yurisdiksiyasında yerləşən bələdiyyələrə yerlərdə metodiki yardımlar göstərmək əvəzinə, onları yerli icra orqanlarının müdaxilələrindən və təzyiqlərindən qanunvericilik dairəsində qorumaq əvəzinə bu orqanların yardımçısına çevrildi.

Ölkə başçısının keçirdiyi görüşlərdə dediyi: “Bələdiyyələr yerli icra hakimiyyətinin şöbələrinə çevrilmişlər”. sözləri buna əyani sübutdur.

2004-cü,2009-cu, 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərindən sonra bizim rayonun ərazisində bu sahədə baş verən neqativ hallar daha geniş vüsət almağa başladı. Yerlərdə bələdiyyələr müdafiə edilmədiyindən torpaqayırmaya dair aktlar yerli icra strukturlarının tam nəzarəti altına keçdi. İcra strukturları bələdiyyə sədrlərini qanuni və ya qanunsuz işlər görməyə məcbur edir, torpaq almaq istəyən vətəndaşlardan rüşvət tələb edir, bələdiyyə sədrlərinin Şirvan reqional şöbəsinə etdikləri bu sahəyə aid müraciətlər cavabsız saxlanılırdı.Yerli İcra Hakimiyyəti başçısı ilə razılaşan bu məmur da bələdiyyələrdən öz payını, ayrılan torpağın hər hektarından 100 manat “rüsum”unu tələb edirdi. Bu rüsumu ödəməyənləri isə yerində torpağın təyinatını yoxlatdıracağı ilə hədələyirdi.

Bu iş axırda ona gətirib çıxardı ki, bələdiyyələr mülkiyyətlərində olan torpaq üzərində nəzarəti tam itirdilər, Əvəzində isə İcra Hakimiyyəti Başçısının ərazi nümayəndələri yerlərdə torpaq icarəçilərinə torpağın təyinatının dəyişdirilməsi ilə bağlı hədələyici məktublar yazaraq hər hektara 50-80 manat rüşvət alıb otlaq sahələrini şumılatdırdılar və yığılmış məbləğin çox hissəsini icra başçısına ötürürlər.

Buradan belə bir sual ortaya çıxır- əgər bələdiyyə sədrlərini İcra Hakimiyyətinin başçıları təyin edəcəklərsə, bələdiyyələrə məxsus əmlaka onlar sərəncam verəcəklərsə onda hər 5 ildən bir keçirilən bələdiyyə seçkilərinə Dövlət büdcəsindən külli məbləğdə vəsaitin ayrılmasına nə ehtiyac var?

Elə cə də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməli olan bələdiyyələrlə iş mərkəzlərinin yaraşıqlı inzibati binalarının tikintisinə və bu mərkəzdə fəaliyyət göstərən hüquqşünas ordusunun saxlanmasına dövlət büdcəsindən küllü məbləğdə vəsaitin ayrılmasına nə ehtiyac var?

Ölkənin ana qanunu sayılan Konstitusiyanın bələdiyyələrlə bağlı müvafiq maddəsinin tələbinə görə bələdiyyələr öz fəaliyyətlərini daimi komissiyalar vasitəsi ilə həyata keçirməlidirlər, rayonda çox az bələdiyyə qanunun bu maddəsinə əməl edir, hətta mən deyərdim ki,çoxunun bundan xəbəri yoxdur.

Hər ayın protokolunu qəbul edən Şirvan regional ədliyyə şöbəsinin rəisi Nizami Hüseynov cənabları bu fakta ona görə göz yumur ki, o bələdiyyələrdən aylıq haqq alır, verməyənlərə isə hədə-qorxu gəlinir və onlar müxtəlif yoxlanışlara məruz qalırlar. Onu qeyd etmək istərdim ki, niyə Şirvan regional Ədliiyə şöbəsinin rəisi Nizami Hüseynov vaxtaşırı seminarlara dəvət etdiyi bələdiyyə sədrlərinin şəxsiyyətlərini yoxlamır?

Axı seminara gələn bələdiyyə sədrlərinin bir neçəsi bu səlahiyyətin sahibləri yox, rayon icra hakimiyyəti başçısının təyin etdiyi adamlardır və onlardan bir neçəsi hətta bələdiyyə üzvü də deyil. Bütün bu biabırçılıqlara son qoymağın vaxtı çatmamışdırmı? Sonrası gələn saytlarımızda…

Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan, Qarabağ Müharibəsi Qazisi: Babayev Abduləli Adbala oğlu. 01 aprel 2019-cu il”.
 
Tarix: 1-04-2019, 21:30
Xəbəri paylaş





Xəbər lenti