Rafil Hüseynovdan şəhidlərin ruhuna sayğısızlıq... - Aprel şəhidinin anası FƏRYAD ETDİ


Rafil Hüseynovdan şəhidlərin ruhuna sayğısızlıq...
Masallı rayonunda yaşayan şəhid anası fəryad edir.

Unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, Masallı rayon İcra Hakmiyyəti oğlunun ildönümündə müğənni Damlanın konsertini təşkil edib. Bundan başqa rayon rəhbərliyi oğlumun yas məclisinə gələnlərə qadağa qoydu:

Rafil Hüseynovdan şəhidlərin ruhuna sayğısızlıq...

"Masallı rayonu Kalinovka kəndində yaşayırıq. Mənim iki oğlum var. Hər ikisi də hərbçidir. Onlar 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Biri şəhid oldu. Digəri də hələ də hərbçi kimi ölkəmizin keşiyində durub. Keçən il aprelin 5-i Nurlanın vəfatı günü idi. Rayon rəhbərliyi bizim yanımızda olmaq əvəzinə müğənni Damlanın konsertini təşkil etdilər. Yasa gəlmək istəyən rayonda dövlət idarələrində və təşkilatlarda işləyən tanışlarımıza icra hakimiyyəti səviyyəsində xəbərdarlıq etdilər ki, hamı konsertdə olmalıdır. Məclis keçirilən vaxtı konsertin səsi gəldiyi üçün ikinci dəfə həmin ağrını yaşadım. Bir dəfə də mənzil şəraitini yaxşılaşdırmaq üçün rayon icra hakimiyyətinə müraciət etdim. Millət vəkili Elmira Axundova özü də evimə yağış yağdığını görüb. O da bildirib ki, icra hakimiyyətinə müraciət edin kömək etsinlər. İcra hakimiyyəti deyir ki, oğlunuza yas vermişik, baş daşı qoymuşuq. O subay olduğu üçün sizə kömək edə bilmərik.

Rafil Hüseynovdan şəhidlərin ruhuna sayğısızlıq...

Mən də dedim ki, qanunla bizim ailə üçün nə nəzərdə tutulubsa o diqqəti göstərin. Yuxarı orqanlardan gələn olanda rayon icra hakimiyyəti yalandan məlumat verir ki, guya bizim üçün nəsə ediblər. Bundan başqa baramaçılıqla məşğuluq. Baramalarımızı oğurladılar. Kənd icra nümayəndəsinə məlumat verdim. Qoymadı ki, hüquq mühafizə orqanlarına məlumat verim. Sonra bələdiyyədə işləyən bir tanışımız var dedi ki, sənin oğlun şəhid olandan sonra biz maaş almırıq. Dedilər ki, Masallı rayon İcra Hakmiyyəti sənin oğlununun dəfni üçün xərclənən vəsaiti bizim maaşımızdan tutur. Bu da mənə ağır gəlir ki, mənim şəhid oğlumun adından rayon icra hakimiyyəti niyə istifadə edir?Mənim oğlum vətən üçün şəhid olub. Mən ölkə rəhbərliyindən xahiş edirəm ki, bizim ailəmizə kömək olunsun."
Tarix: 3-04-2019, 13:55
Xəbəri paylaş





Xəbər lenti