Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin yaxın vaxtlarda görəvdən alınacağı deyilir. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, artıq yuxarı instansiyalardan bir neçə dəfə xəbərdarlıq alan və Laçın sakinlərinin şikayətlərinə gərəkən diqqəti ayırmaması və eyni zamanda rayona ayrılan büdcə pulları ilə bağlı şübhəli vəziyyətə səbəb olan başçı qeyd olunan durumdan çıxa bilməsinin yollarını arayır.
Mənbənin söylədikləri: "İlk işi rayondan "yuxarılara" şikayət edənləri susdurmaq olub. Hələlik minnətçi salıb. Nəticə olmasa, başqa üsullara da əl atmalı olacaq. Çünki ona adının çox hallanmaması təlimatı verilib".
Xatırladaq ki, Aqil Nəzərli ən gənc icra başçılarından biri olmaqla yanaşı, ən səriştəsiz başçı da hesab olunur. Məhz buna görə, onun gedişi ilə bağlı qərarınr ilkin ələmə prosesində veriləcəyi heç şübhəsizdir.
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...