Məmurlar bu mənzərədən utanırmı? - BALAKƏN
Balakən rayonuna yağan güclü yağışlardan sonra rayon mərkəzindəki küçələrdən biri fotoda gördüyünüz vəziyyətə düşüb.
“Yeni Sabah” xəbər verir ki, kanalizasiya sisteminin işləməməsi nəticəsində küçədə əsl göl əmələ gəlib.
Təqdim etdiyimiz foto M. Əsədov küçəsində çəkilib. Ayağında qaloş olan məktəbli nəvəsini nənə kürəyinə alaraq gölməçədən keçirir. Rayon mərkəzindəki küçənin bu vəziyyətdə olduğu zaman kənar küçələrin hansı durumda ola biləcəyini təsəvvür etmək çətin deyil.
Fotoları təqdim edən Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru, A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Akif Məmmədli bildirib: “Bu mənim muzeyimin önüdür və hər yağışdan sonra bu mənzərə yaranır. Nə yetkililər, nə də deputat utanmırmı XXI əsrdə bu mənzərədən?”.
Tarix: 7-04-2019, 23:15