Ağdam işıq idarəsi müdiri Emin Əliyev çox baməzə adam imiş. Sən demə, onun hökumətə ilişməkdən xoşu gəlirmiş
Cahan.info-nun məlumatına görə, buna şahid olmaq üçün onun facebook səhifəsinə baxmaq kifayətdir.
İdarə rəisi hökumətin siyasətini, prezidentin son islahatlarını dəstəkləməkdənsə, müxalifətçilər kimi tənqidi materiallar, səhifələrdən anti-iqtidar yazılar paylaşmaqdadır.
Onlardan birində polislərin adam döyməsi kadrlarıdır. Digərində isə ölkədə vəziyyətin ağır olmasına dair paylaşım edib. Digər yaydığı kadr parlamenti kukla adlandıran Avropadakı müxalifətçilərin hazırladığı süjetdir.
Əcəba Emin Əliyev Ağdam işıq idarəsi müdiridir yoxsa Ağdam cəbhəçisi? Bəlkə xəbərimiz yoxdur, “Azərişıq” ASC-nin yerli idarələrinin müdirləri müxalifətə qoşulublar?
Azərbaycanda gedən islahatları hətta meydan.tv rəhbəri Emin Milli də dəstəkləyib, müxalifət görülən sosialyönümlü dəyişiklikləri təqdir edib.
Emin Əliyev isə Əli Kərimlidən geri qalmayaraq iqtidara qarşı çıxmaqda, paylaşımlar etməkdədir və ona elə gəlir ki, facebook fəaliyyətindən kimsə xəbər tuta bilməz. Odur ki, hakimiyyət əleyhinə olan səhifələrdən paylaşımlar edir.
E.Əliyev işıq idarəsi rəisidir, Ağdam əhalinin elektrik problemlərini həll etsə yaxşı olar, rayonda işıq dirəklərini, xəttləri yeniləsə daha böyük yardım etmiş hesab edilər.
Amma idarə rəisi gününü sosial şəbəkədə iqtidar əleyhinə səhifələrdən yazılar paylaşmaqla keçirir. Kim bilir, bəlkə Milli Şuraya yaxud İsgəndər Həmidova, Orduxana xüsusi rəğbəti var?
Görünür, “Azərenerji” ASC sədri Baba Rzayevin onun fəaliyyətindən xəbəri yoxdur. Eyni zamanda Ağdam icra başçısı da idarə rəisinin fəaliyyətindən məlumatsızdır.
Amma prezidentin fəaliyyətini bəyənməmək, yalnız məmur özbaşınalığı, xalqın sosial vəziyyətinin pisləşməsi haqda paylaşımlar eləmək ona verilən vəzifəyə uyğun gəlmir.
Ümidvarıq ki, idarə rəisi bu paylaşımlarına bir izahat gətirəcək və onun mövqeyini dərc edə bilərik.