Beyləqanda təhsil sistemi necə çökdürülür... - İDDİA
Təhsil-Milləti gələcəyə, nurlu sabaha aparan yoldur. Təhsilsiz ölkə labüddən müstəmləkəyə çevrilir. Sirr deyil ki, ölkəmizdə təhsil sahəsində bir çox uğurlara, tərəqqiyə imza atılmışdır. Həqiqətdir ki, gənclərimizin, elimli, savadlı, intelektual səviyyəyə çatmasında təhsilimiz əhəmiyyətli və mühüm rol oynayır. Lakin, onu da etiraf etməliyik ki, bir çox məqamlar da təhsilin inkişafından sui-istifadə edərək öz şəxsi məqsədlərini gündənlərdə az deyil. Necə ki, Beyləqan rayon təhsil sistemində işlər heç də ürək açan səviyyədə deyi. təhsilə çörək mənbəyi kimi yanaşan bu rayonun Təhsil şefi Tahir Həsənovun qısa zaman kəsiyində təhsilə rəhbərlik etməsi həvalə olunsa da o, etimatdan istifadə edərək səltənət sahibi olmuşdur. Reportyor.tv xatırladır ki, on ildən artıq Beyləqan təhsilinə rəhbərlik edən Tofiq Sadıqov yaş sezi ilə bağlı təqaüdə yola salındıqdan sonra, onun yerinə Xuraman Rüstəmova təyin edilmişdir. İki ildən artıq Beyləqan təhsilinə rəhbərlik edən Xuraman Rüstəmova iflic vəziyyətə salmamışdır. Qeyd edək ki, Tahir Həsənov Təhsil İşçilərinin Həmkarlar Komitəsindən sıçrayışla Beyləqan Təhsil Şobəsinin müdiri vəzifəsin transfer olunub. Asdif Ağayevin Şamaxıdan Beyləqana başçı olaraq təyinat alması Tahir Həsənova uğur gətirdi. Tahir Həsənovun hələ İrşad Əliyevin icra başçısı dönəmində Beyləqan Təhsil Şöbəsinə yiyələnmək uğrunda apardığı mübarizəsi, nəhayət ki, Asif Ağayevin dönəmində reallaşdı. Tahir Həsənova Asif Ağayevin kadırı hesab olunur. Belə olduğu halda sual yaranır; Asif Ağayevin kadrı sayılan Həsənov Beyləqan təhsilinə hansı "uğurlara" imza atdı? Beyləqandan Reportyor.tv-yə verilən məlumatlarda qeyd olunur ki,, Xuraman Rüstəmovanın dövründə daha çox uğurlara imza atılmış, təhsilin ümumi səviyyəsi daha yüksək olmuşdur. Onu da əldə etmişik ki, Tahir Həsənov hələ təhsilə müdir keçməzdən öncə Beyləqan Təhsil İşçilərinin Həmkarlar Komitəsinin sədri işləyərkən adı bir çox qalma-qallarda, putyovka satmaqda hallanıb. Belə bir şəxsin böyük bir rayonun təhsilinə hər hansı bir uğura imza atacağıda şübhə doğrur. Qeyd edilir ki, Tahir Həsənovun Beyləqan Təhsil Şöbəsinə müdir təyin olunması qeyri-qanunidir. Bu xüsusda Reportyor.tv-ni məlumatlandıran bilgili qaynağımız iddia edir ki, Tahir Həsənov Füzuli rayonundandır o, uzun müddət adıçəkilən rayonun təhsil sahəsində çalışmış, sonuncu dəfə Füzuli rayon 55 saylı orta məktəbin direktoru işləmişdir. Beyləqan sabiq içra başçısı İrşad Əliyevin köməkliyi ilə Beyləqan Təhsil İşçilərinin Həmkarlar Komitəsinə sədir gətirilmişdir. Məqsəd isə belə idi ki, bir neçə ay komitənin sədri işlədikdən sonra o, təhsil şöbəsinin müdri vəzifəsinə təin olunmalı idi. Ancaq tale elə gətirdi ki, İrşad Əliyev icra başçısı fəzifəsindən çıxarılaraq Kürdəmir rayon icra başçı təyin edildi. Bu səbəbdən də Tahir Həsənovun təhsil müdiri vəzifəsinə təyin edilməsi prosesi ləngimişdir. Bu və digər məlumatlar barədə araşdırmamız davam edir, və qarşı tərəfi dinləməyə hazırıq.