Qazax telekommunikasiyasının taleyi nə vaxt həll ediləcək?
Qazax Telekommunikasiya Qovşağının fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilir. Məmmədov üzərinə düşən işi layiqincə yerinə yetirə bilmədiyindən rayonun rabitəsi arzuolunan səviyyədə deyil. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin Qazax Telekommunikasiya Qovşağında problemlər azalmaq əvəzinə, günbəgün artmaqdadır.Bunun səbəbi qovşaq rəisi Nizaməddin Məmmədovun şəxsi mənafeyini hər şeydən üstün tutmasıdır. Vaxtilə Qazaxın icra başçısı olmuş Əsəd Orucovun dövründə Gəncədən Qazaxa “velosiped”lə gələn Nizaməddin Məmmədov hazırda sayagəlməz varidat sahibidir: «Deyilənlərə görə, bu da onun aidiyyəti insanları aldatmaq, onları min cür yollarla özündən razı salmaq bacarığından irəli gəlir. Bildirilir ki, Nizaməddin Məmmədov telekommunikasiya qovşağına rəis gələrkən, təxminən 19 il bundan əvvəl 35 min manata bina evindən mənzil alanda(həmin illlər 35 min manat hazırkı vəziyyətlə 120-130 min manat hesab edilirdi) onun məhz şəxsi maraqlarından çıxış etdiyi artıq çoxlarına bəlli oldu. Bir qədər sonra isə o, xidmətində olan dövlət maşınlarını şəxsi işləri üçün ayırdı. Evinə içməli suyu, ailə üzvlərini lazımı yerlərə aparıb-gətirilməsi, şəxsi təsərrüfatına “canlı və cansız” texnikalardan istifadə etməsi Qazax Telekommunikasiya Qovşağının rəisinin üzünə gün doğdurdu. Deyilənlərə görə, strateji əhəmiyyətli binaların özəlləşdirilməsi qadağan olduğu halda, telekommunikasiya qovşağına bitişik ikimərtəbəli binanın özəlləşdirilməsi və onun kirayəsindən gələn gəlirdən səmərəli istifadə edilməsi Nizaməddin Məmmədovun qanunlara məhəl qoymamasından xəbər verir».Qazax Telekommunikasiya Qovşağının rəisinin bir müddət əvvəl adıçəkilən rayonun Çaylı kəndi ərazisindən əkin sahəsi üçün hektarlarla torpaq alıb.İki haktar sahəni üzüm bağı salıb. Deyilənlərə görə, o, sahəni muzdlu fəhlələrin köməyi ilə beçərtdirir. Onu da nəzərinizə çatdırım ki, Nizaməddin Məmmədovla üzüm sahəsində çalışan işçilər arasında heç bir əmək müqaviləsi bağlamır. Hələ bu, harasıdır. Deyilənlərə görə, Qazax Telekommunikasiya Qovşağının rəisi istər yaşadığı evin təmirində, istərsə də şəxsi təsərrüfatında tabeçiliyində olan işçilərin əməyindən istifadə edir. Nizaməddin Məmmədov hələ 2012-ci ildə qovşağın inzibati binasının dam örtüyünə ayrılmış 500 min manat vəsaitin böyük bir hissəsinin təyinatdankənar istiqamətlərə sərf olunmasına rəvac verib. Rayonun əksər kəndlərində evlərin telefonlaşdırılması ürəkaçan səviyyədə deyil. Elm və texnikanın inkişaf etdiyi bir zamanda bu istiqamətdə irəliləyişlər, rabitə və informasiya sahəsi inkişafdan geri qalıb. Çünki rayonun rabitə sisteminin inkişafı məqsədilə ayrılan büdcə vəsatləri düzgün şəkildə xərclənməyib. Məsələn, elektron ATS-lərin və HDSL tipli transmissiya avadanlığının alınması üçün nəzərdə tutulan büdcə vəsaitlərinin bir hissəsi təyinatdankənar xərclərə sərf olunub. Beləliklə, 20 ldir ki, Nizaməddin Məmmədov Qazax Telekommunikasiya Qovşağının rəisi vəzifəsində çalışır. Lakin o, üzərinə düşən işi layiqincə yerinə yetirə bilmədiyindən Qazax sakinləri, eləcə də müvafiq qurumlar onun fəaliyyətindən narazıdırlar. Ancaq buna baxmayaraq, hələ də Nizaməddin Məmmədovun barəsində ölçü götürülməyib, yol verdiyi nöqsanlara görə cavadehlik daşıması təmin olunmayıb. Görünür, Qazax Telekommunikasiya Qovşağının rəisinin arxasında hansısa səlahiyyətli şəxs dayandığından o, özünü çox rahat hiss edir və yaxın zamanda tutduğu vəzifəsindən uzaqlaşdırılacağını ağlının ucundan belə keçirmir
Nizaməddin Məmmədovun şəxsi maşınlardan kolleksiya yığmağı da artıq gündəmdədi. Lakin belə bir korrupsionerə sual verən tapılmır ki, bu qədər vəsait bu adamda haradandı? O da məlumdir ki, bacarıqlı kadrlar çöldə qala-qala Nizaməddin Məmmədov Qazax telekommunikasiyasında “ailə ansamblı” qurub. Görünür, tabeliyində olduğu cənab nazir Ramin Quluzadədədn də üz görüb.Nizaməddin Məmmədov rəhbərlikdə özündən böyük insanları da tezcə ovsunlamaq qabiliyyətnə malikdir. Belə olmasaydı, bu adam bir neçə icra başçısı dəyişməyinə baxmayaraq, yerində otura bilməzdi. Məhz elə bu gün də, Nizaməddin Məmmədov işinə səhlənkar yanaşmaqda davam edir.Çox vaxtlar isə idarədə tapılmır. Onu da bildirik ki, Nizaməddin Məmmədovun Qazaxın sabiq icra başçısı Rauf Hüseynovun vaxtında “yüz hoqqlardan” çıxması heç də qazaxlıların yaddaşlarından silinməyib.
Qaldı ki, bu gün də telefon xətlərinin nizamsız çəkişi, intenetin lazımi səviyyədə işləməməsi onu göstərir ki, Nizaməddin Məmmədov birmənalı şəkildə yerində olmayan kadrlardan biridir.Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.
Tarix: 12-04-2019, 15:37