"Dəfələrlə Şəki icra hakimiyyətinə müraciət etmişəm" - Müraciət
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI. HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.
SÜRƏTİ : AZƏRBAYCAN RESPUBLİKASININ ƏƏSM NAZİRİ CƏNAB SAHİL BABAYEVƏ.
ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ.
Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1, mənzil 125 ünvanında kirayə yaşayan 1-ci qrup Qarabağ müharibə əlilli, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu tərəfindən.
Ə r i z ə
04.05.1974-cü ildə Şəki rayon, Təpəcənnət kəndində anadan olmuşam, 04.05.1993-cü ildə Şəki RHK tərəfindən hərbi xidmətə göndərilmişəm, Xidmətim zamanı Ağdam, Füzuli, Ağdərə rayonları və kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş və bir neçə dəfə ağır yaralanmışam. 1995-ci ildə Ali Hərbi Məktəbə göndərilmişəm, 1999-ci ilə Ali hərbi məktəbi bitirmişəm və leytenant rütbəsi ilə təmin edilərək xidmətimi yenidən davam etdirmişəm, 1999-cu ildən 2011-ci ilədək Xüsusi Təyinatlı Hərbi Hissədə müxtəlif vəzifələrdə xidmət etmişəm. Xidmət müddətində bir çox orden və medallarla təltif olunmuşam.
Döyüş tapşırığını yerinə yetirərkən aldığım travmalarla əlaqədar 01.02.2011-ci ildə MN MHHK-nın qərarı ilə ordu sıralarına tam yararsız hesab olunaraq mayor rütbəsində təxris olunmuşam.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1-ci qrup gözdən əlilləm.
15.03.2013-cü ildə Şəki rayon İcra Hakimiyyətinin 1/122 saylı sərəncamına əsasən mənzil növbəsinə qeydiyyata alınmışam.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixində imzaladığı sərəncama əsasən biz mənzillə təmin olunacağımız barədə çox sevindik.
Lakin hal-hazırda 2019-cu il olmasına baxmayaraq mən bu günə qədər mənzillə təmin edilməmişəm.
Sərəncama müvafiq olaraq dəfələrlə Şəki rayon İcra hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişəm, hər dəfə bildirilir ki, 2018-ci ilin sonunadək təmin olunacaqsınız.
Sizdən xahiş edirəm ki, Silahlı Qüvvələrdə 18 il 6 ay xidmətimi, “Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 43-cü bəndinə əsasən Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədən kənar verilir” qanununu, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı gözdən əlill olmağımı və himayəmdə iki azyaşlı övladımın olmasını nəzərə alaraq mənzillə təmin olunmağıma köməkdarlıq edəsiniz.