Qusarda Deputatlığa namizəd İH başçısından narazıdır

    Qusar RİHB-sı Şair Alxasov cənabları 51 saylı Qusar seçki dairəsindən deputatlığa qeydə alınmış namizədlərin qanunla qorunan hüquqlarını bilərəkdən kobudca pozur. 
 Azərbaycan Respublikasının prezdenti, hörmətli İlham Əliyev cənablarının rəhbərliyi ilə Respublikamızda aparılan məqsədyönlü islahatları bəyənərək, hər an dəstəkləməklə, Ölkəmizdə 09.fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərlə əlaqədar, həmin seçkilərdə iştirak etmək məqsədilə 51 saylı seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyim qeydiyyata alınmışdır.

 Qanunvericiliyə əsasən seçki gününə, yəni, 09.fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərinə qədər, Qusar RİHB-sı cənab Şair Alxasov cənabları rəsmi qeydə alınmış namizədlərlə seçicilərin görüşəcəkləri əraziləri  müəyyən etməklə, sərəncamı ilə təsdilənmiş qaydada 51 saylı Qusar seçki dairəsinə və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə hüquq-mühafizə organlarını məlumatlandırmalıdır. Əfsuslar olsun ki, qanunvericilikə nəzərdə tutulmuş təbliğat -təşviqat işlərinə 17.01.2020-ci il tarixdən rəsmi start verilməsinə baxmayaraq, Qusar RİHB-sı cənab Şair Alxasov qeydə alınmış namizədlərlə seçicilərin görüşəcək əraziləri təsdiqlənmiş qaydada 51 saylı seçki dairəsinə və Qusar RPŞ-nə göndərməyərək, qeydə alınmış namizədlərin qanunla qorunan hüquqlarını kobudca pozmuşdur.

  Hər bir qeydiyyata alınmış namizəd, Qusar RİHB-sı tərəfindən təsdiqlənmiş sənədə uyğun olaraq, namizədlərlə seçicilərin görüşəcəyi məkanı və vaxtı təsdiqləməklə, həmin grafikin bir surətini 51 saylı seçki dairəsinə , digərini isə Qusar RPŞ-nə təqdim etməlidir. Belə bir sənəd Qusar RİNB-sı Şair Alxasov cənabları tərəfindən nə 51 saylı seçki dairəsinə 17.01.2020-ci il, saat 10.00-a qədər təqdim edilməmişdir.

 Mən deputatlığa qeydə alınmış namizəd kimi, 17.01.2020-ci il tarixdə Qusar rayonun dağ kəndləri olan, Sudur, Ğənərçay və Kidçan kəndində seçicilərlə görüşməyi planlaşdırmışdım. Qusar RİHB-sı Şair Alxasov tərəfindən təsdiqlənmiş rəsmi sənəd hal-hazıra qədər dairə seçki məntəqəsinə daxil olmadığı üçün mən həmin kəndlərə gedib seçicilərlə görüşə bilməmişəm.

  Qusar RİHB-sı Şair Alxasovun Azərbaycan Respublikasnın prezdenti İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan islahatları qiymətləndirmədən, Dövlət səviyyəsində aparılan parlament seçkilərin, Milli Məclisə deputatlığa qeydə alınmış namizədlərin qanunla qorunan hüquqlarını tormozladan hərəkətlərini bəyənmirəm.

   Hörmətli cənab prezdent !
Qusar RİHB-sı Şair Alxasov cənablarının qanunazidd hərəkətlərinə hüquqi cəhətdən qiymətləndirməklə tədbir görməyinizi Sizdən xahiş edirəm.

  Şikayətin surəti məlumat üçün Azərbaycan Respublikasının Seçki Komissiyasının sədri Məzahir Pənahov cənablarına və KİV-nə göndərilir.   
Hacımirzə Ağamirzəyev
Tarix: 19-01-2020, 10:48
Xəbəri paylaş





Xəbər lenti