“Mega Concept” əmək hüquqlarını pozdu, cərimələndi
Nərimanov Rayon Məhkəməsində “Mega Concept” MMC-yə yazılan inzibati protokola baxılıb.
Siam-az.com xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb. Qərara əsasən, şirkət cərimələnib.
Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: Şirkətin qanuni təmsilçisi Ramil Kamil oğlu Məmmədovdur.
Tarix: Bu gün, 12:07