Cəlilabad təhsilinin DTX əməliyyatına ehtiyacı var- İDDİA

          
Cəlilabad təhsilinin DTX əməliyyatına ehtiyacı var- İDDİA
Cəlilabad Rayon Təhsil Şöbəsində vəziyyət həddən artıq gərgindir.

Gərginlik təhsil sistemi ilə heç bir əlaqəsi yoxdur. Bu barədə dosye.org-a açıqlama verən mənbəmiz bildirir ki, Dövlət Təhlükəsizlik Xidmətinın(DTX) Neftçala rayonunda keçirtdiyi əməliyyat nəticəsində icra başçısı, baş həkim və təhsil şöbəsinin müdiri rüşvət alarkən həbs etdiyi qonşu rayonda vəziyyəti olduqca mürəkkəbləşdirib. Belə ki, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədovanın hər ay eyni senarı ilə məktəb direktorlardan tələb etdiyi pulu birbaşa icra başçısına ötürür. Onu da nəzərinizə çatdıraq ki, məktəb direktorlardan toplanan siyahı yaxın zamanlarda redaksiyamıza təqdim olunacaq.

Yəni, Cəlilabad RİH başçısı Namik Zeynalov rayonda tək TŞ-dən deyil, idarə. müəssisə, təşkilat rəhbərlərindən də aylıq tələb edir. Mənbə iddia edir ki, DTX tək Neftçala rayonu da deyil, bütün rayonlarda vəziyyəti nəzarətdə saxlayır. Etiraf edək ki, təhsil sahəsində yaranan problemlərlə bağlı ölkə mətbuatının mövqeyi sözün həqiqi mənasında danılmazdır.

Neftçala rayonun da məmur fironluğundan və digər rüşvət faktlardan kifayət qədər yayımlanan məqalələr axır ki. təsdiqini tapdı. Bu günlərdə Cəlilabad rayonundan bir qurup müəllimlərin redaksiyamıza etdiyi müraciəti araşdırmaq üçün əməkdaşlartımız rayona ezam olundu. Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədova, məktəb direktorlardan hər ay rüşvət tələb edir.

Toplanan rüşvətin isə rayon rəhbərliyinə yönləndirəcəyi şübhəsizdir. Əlbətdə ki, qeyd etdiyimiz ciddi nöqsanlar araşdırılmalı və rüşvətxorlara qarşı mübarizə daha da sərtləşməlidir. Təbii ki, yuxarıda göstərdiyimiz faktlar qarşı tərəf kimi Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədovanı razı sala bilməz. Fakt odur ki, məktəb direktroları təhsil şefinə aylığ pul ödəyir. Bir sözlə, prezident cənab İlham Əliyevin rüşvətə qarşı apardığı mübarizə bəzi məmurlar tərəfindən dəstəklənmir. Amma onların çirkin əməlləri ifşa olunacaq gün uzaqda deyil. Bu istiqamətdə araşdırmalarımız davam edir.

Bizi izləməyi unutmayın.

DOSYE.ORG       
Tarix: 24-02-2020, 14:51
Xəbəri paylaş





Xəbər lenti