Qusarın icra başçısından ehtiyat tədbirləri... - Hamı ilə əlaqəsini kəsib
"Qusarda işlər dondurulub. İcra hakimiyyətinə nə vaxt iş dalınca gedirik, deyirlər ki, başçı hələlik bu işlərə baxmır. Deyəsən, Neftçaladakı məsələdən sonra Qusarın meri Şair Alxasov belə ehtiyat tədbiri görür". Bu sözləri DİA.AZ-a yazan narazı sahibkarlar bildirir ki, Şair Alxasov hətta müavinləri ilə də az təmas saxlayır.
Sahibkarın dia.az-a söylədikləri: "Şair Alxasov hazırda bərk qorxu içindədir. Otağından da ürkür ki, ona görə də icra hakimiyyətindəki kabinetinə də gəlmir. Neçə vaxtdır onu tapa bilmirik. Neftçaladakıların işi düzəldi, bəs biz yazıq qusarlılar nə edək?
Dərdimizi kimə söyləyək? Əvvəl heç olmasa pulu ilə də olsa, işimizi həll edirdik. İndi 4 gündür Şair Alxasovu tapa bilmirik. Soruşanda da deyirlər ki, səyyar qəbuldadır. Amma bir dəfə də olsun, onu qəbul keçirən görməmişik. Görsədik, elə biz dərdimizi deyərdik".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 26-02-2020, 20:49