Tovuzda məhkəmə sistemi iflas edib... - İDDİA

 

Bugünlərdə redaksiyamıza Tovuz Rayon Məhkəməsində baş alıb gedən bir çox qanunsuzluq əməlləri ilə bağlı xeyli məlumatlar və həyata keçirilmiş gizli səsyazma daxil olub. Düzdür, adı çəkilən məhkəmədə yaşanan qanunsuzluq əməlləri ilə bağlı əvvəllər də xeyli məlumatlar daxil olmuşdu, amma yaşanan ab-havanın varlığına o qədər də bələd ola bilmirdik. Elə ki, qol qoyulan qanunsuzluq əməlləri ilə bağlı daxil olan məlumatlara və təqdim olunan səsyazısına diqqətlə qulaq asdıq, o halda bəlli oldu ki, Tovuz rayon Məhkəməsinin hakimi cənab Nofəl Mustafayev ədalət anlayışının keşiyində “sərasər dayanır”. Müəyyən hökmlərin çıxarılmasında isə, adı çəkilən bu hakimə Tovuz rayonu, Qovlar şəhər sakini, müəyyən cinayət hadisələri törətdiyinə görə vaxtilə həbsdə olmuş Novruzov Əli Hüseyn oğlu lazımi “dəstək göstərir”. Məsələn, redaksiyamıza təqdim olunan səsyazısına diqqət yetirərkən o da bəlli olur ki, Qovlar şəhər sakini Həsənov Elşad Abbasəli oğlu Tovuz Rayon Məhkəməsində hansısa problemini həll etmək üçün, məhz Əli Novruzova 550 AZN “şirinlik verir”. Səsyazmadan bəlli olur ki, adları hallanan Bağırov Kamil İbrahim oğlu və Elşad Həsənov adlı şəxslər isə, məhkəmədə iddiaçıdırlar. Digər adı hallanan Rəşad Məmmədov vaxtilə Tovuz rayon Məhkəməsində hakim işləsə də, bu gün o, Gəncə şəhərindəki İnzibati və Kommersiya Məhkəməsinin hakimidir. Adı hallanan digər şəxslərdən biri, hansı ki, pul alıb verən Emin isə, bu gün Rəşad Məmmədovun köməkçisidir.
//deryaz.az//
Tarix: 27-02-2020, 11:29
Xəbəri paylaş





Xəbər lenti