Koronavirus qalmaqalı Cəlilabad Mərkəzi Xəstəxanasının Baş həkiminin axırına çıxdı – İlham həkim işdən qovuldu

 

Əldə etdiyimiz dəqiqləşdirilməmiş məlumata görə, Cəlilabad Mərkəzi Xəstəxanasının Baş həkimi İlham Əliyev işdən qovulub.

Ovqat.com-a xəstəxana işçilərinin verdiyi məlumatda qeyd olunur ki, baş həkimi İranda təhsil alan tələbələrin saytımız vasitəsilə ifşa etdikləri həqiqətlərə görə vəzifəsindən uzaqlaşdırıblar.

Məlumat üçün bildirək ki, Baş həkim İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yaxın qohumu idi və yeni vəzifəsinə təyin olunan gündən adı korrupsiyada hallanırdı.

  

Şəkildə: Üstü bəzək, içi təzək olan həmin xəstəxana



Onun barəsində ilk ifşaedici məlumatları ötən il Cəlilabad fermerlərindən biri İbrahimov Mustafa Ramazan oğlu ictimailəşdirmişdi. Lakin görünür, o vaxt Kərəm Həsənovun xilas edə bildiyi Baş həkimi bu dəfə heç kim qoruya bilməyib.

 Fermerin prezident İlham Əliyevə ünvanladığı video-müraciəti təqdim edirik.

 


Tarix: 1-03-2020, 09:10
Xəbəri paylaş





Xəbər lenti