“Qanun şahdır, Şah qanun deyil”- Salyanlılar icra başçısına səsləndi


 Ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan vətəndaşına hər yerdə hörmət olunmalıdır” kəlamı sözün həqiqi mənasında ölkədə böyük coşqu ilə qarşılandı.
Əlbətdə ki, məlum həbslər və digər olaylar bir çox hegamon məmurlar üçün həyan siqnalı idi. Bir mənalı olaraq qeyd etməliyik ki, bəzi icra başçılarına göstərilən etimad heç də özünü doğrultmadı. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala rayonunda keçirtdiyi uğurlu əməliyyat və bu əməliyatda rüşvət faktoru ilə həbs olunan məmurlar haqqında dəfələrlə saytlarda silsilə yazılar dərc edilmişdir. Lakin həmən icra başçıları bütün vasitə ilə mətbuatı ləkələməyə çalışır, özlərinin isə qanunsuz əməllərini sərbəst həyata keçirirdilər.
Bu günlərdə dosye.org-a Salyan rayon sakinlərinin müraciəti bir növ ölkə başçısının diqqətini rayona yönəltmək və məmur özbaşınalıqlarına etiraz əlaməti kimi ünvanlanıb. Mənbəmiz iddia edir ki, rayonda aparılan sorğuya əsasən Salyan RİH başçısı Sevindik Hətəmov icra başçısı deyil, biznesimendir. Biznesini genişləndirmək, onu qorumaq indi halda S. Hətəmovun ən öndə olan problemidir. Rayonun sakinlərinin iddiaları əlbətdə ki, tam doğru və qərəzsizdir. İcra başçısının daş karxanaları və digər gəlirli obiyektlərinin siyahısı növbəti yazılarımızda oxucularımıza təqdim edəcəyik. Ümumiyyətlə sahibkarlıqla məşğul olan icra başçıları heç bir halda prezidentin etimadını doğrultmağ qabiliyyətində deyil. Bunu bir mənalı qəbul etmək lazimdir. Onu da nəzərinizə çatdıraq ki, Salyan rayonunda idarə, müəssisə və təşkilatlarda aparılacaq yoxlamalar qeyd edilən iddiaları təsdiqləyəcək.
Araşdırmalarımız davam edir.
Tarix: 2-03-2020, 21:50
Xəbəri paylaş





Xəbər lenti