Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev mətbuatda onunla bağlı gedən məlumatları təkzib edir.
İcra Hakimiyyətindən Siam.az-a açıqlamasında bildirib ki, 25.07.2021-ci il tarixdə bir sıra xəbər saytlarıdna yayımlanmış “Əhəd Abıyev məşhur taksi şirkətini aldı” başlıqlı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, heç bir həqiqətə uyğun olmayan yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.
Birmənalı olaraq bildiririk ki, adı çəkilən taksi şirkətinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla qətiyyən əlaqəsi yoxdur. Bilərəkdən məkrli niyyətlə Olke.az xəbər saytının yaydığı şər-böhtan xarakterli məluatları özündə ehtiva edən həmin yazı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə hesablanıb. Daşkəsən rayon İcra hakimiyyətinin başçısı ilə bağlı ictimai fikri çaşdıran həmin xəbərdəki məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir.