Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları
qəbul edib. Qəbulda 28 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər
növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə
təmin olunma, maddi yardım, subartezian quyularının təmiri, sahibkarlıq obyektinin tikintisi
üçün icazə verilməsi, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, pay
torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, küçənin
asfaltlanması, dövlət mülkiyyətində olan torpaq sahəsindən bağçılıq məqsədilə icarəyə
torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların
müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə
aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara
müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildiriblər.
Tarix: 1-11-2022, 21:25