Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon prokurou Əli Qurbanov və YAP
rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Zəfər günü ərəfəsində Yuxarı Qapanlı kəndində
Vətən müharibəsi şəhidi Əliyev Elməddinin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı, qalib sərkərdə cənab İlham
Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan ordusunun tarixi
qələbəsindən danişan icra başçısı Müstəqim Məmmədov ordumuzun erməni ordusunun
məglubedilməzliyi haqqında yayilmış “əfsanə”nin əslində yalan oldugunu üzə çıxardıgını, erməni
vandalizminə son qoydugunu bildirib. Azərbaycan Ordusunun 44 gündə onları diz çökdürdüyünü,
Ermənistanın kaptulyasiya aktına imza atdıgını qeyd edib. Bu qələbənin məhz Elməddin kimi
ogulların sayəsində qazanıldıgını, onların sayəsində 30 ildən sonra torpaqlarımızın işgaldan azad
olundugunu deyib. Rayon rəhbəri şəhidin valideynlərinə Elməddin kimi ogul böyütdükləri üçün
minnətdarlıgını bildirib.
Qeyd edək ki, Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı
kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elməddin Əliyev 2020-ci il
sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin
azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi
zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əliyev sentyabrın 29-da
Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Yuxarı Qapanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi
hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən
ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və "İgidliyə görə"
medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!
Tarix: 3-11-2022, 21:59