Tərtərdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib


Tərtərdə tarixi Zəfər günü ilə bağlı silsilə tədbirlər davam edir. Tərtər Rayon İcra 
Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon 
Şöbəsi ilə birlikdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirib. 

Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri 
və veteranlar, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə 
Şəhidlərin Abidə Kompleksini ziyarət edib, onların xatriəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Öncə şəhidlərin 
ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim 
Məmmədov Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab 
İlham Əliyevin rəhbərliyi altında qazanılan Şanlı Zəfər günündən, Rəşadətli Azərbaycan 
Ordusunun müharibədə qazandığı qələbədən, ordumuzun döyüş taktikasından, 44 
günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyünü təmin edən 
şəhidlərimizdən, öz sağlamlıqlarını Vətənə qurban verən qazilərmizdən bəhs edib. Bu 
qələbədə hər kəsin payı olduğunu, ordu-iqtidar-xalq birliyinin möhkəmliyindən danışıb. 
Rayon rəhbəri dövlət tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını da 
dilə gətirib, möhtərəm prezident cənab İlham Əliyevin şəhid və qazi ailələrinin 
problemlərinin həllinə dəstək olmağın hər kəsin borcu olduğunu bildirdiyini qeyd edib.
Rayon rəhbəri tədbir iştirakçılarını, onların şəxsində bütün Azərbaycan xalqını 
tarixi Zəfər günü münasibəti ilə təbrik edib, şəhidlərimizə rəhmət, qazilərimizə can 
sağlığı arzulayıb.
Sonra söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər 
Rayon Şöbəsinin rəisi Elşən Abdullayevə verilib. O, öz çıxışında Azərbaycan xalqının 
torpaqlarının işğalı ilə heç vaxt barışmadığnı, öz ordusunun nələrə qadir olduğunu 44 
günlük Vətən müharibəsində sübut etdiyindən, Ali Baş Komandan İlham Əliyevin 
rəhbərliyi ilə qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən, erməni vandallığına son 
qoyulmasından, erməni ordusunun məğlub edilməzliyi haqqında uydurulan “mif”dən 
söhbət açıb, həmyerlilətimizin döyüşlərdə göstərdiyi igidliklərdən danışıb. 
Tədbirdə rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, Tərtər Cümə Məscidinin 
imamı Sadiq Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullayev və “Azərbaycan 
Bayrağı” ordenli Vətən müharibəsi əlili Elnur Salahov çıxış ediblər.
Məktəblilər vətənə, şəhidlərə aid şeirlər söyləyiblər.
Sonra Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikasının Baş Naziri 
Əli Əsədovun Sərəncamına əsasən “Vətən müharibəsi veteranı” medalları təqdim 
olunub ki, onların da 5 nəfəri Vətən müharibəsi əlilidir. 
Tarix: 3-11-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti