Tərtərdə şəhid qardaşı, Vətən müharibəsi iştirakçısı Vüsal İsaxlının toy mərasimi keçirilib



Tərtər rayonunun Cəmilli kəndindən olan Vətən müharibəsi şəhidi İsaxlı Anarın qardaşı Vətən müharibəsi iştirakçısı Vüsal İsaxlının toy mərasimi keçirilib. 
Toy şənliyində veteranın  yaxınları, ailə 
üzvləri ilə bərabər, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Səfərbərlik və 
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Vətən 
müharibəsi qaziləri, veteranları, silahdaşları və kənd sakinləri də iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək, yeni 
ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Zəfər günü ərəfəsində toy 
mərasiminin iştirakçılarını tarixi qələbə münasibəti ilə təbrik edən rayon rəhbəri 30 ildən sonra bizə 
qələbə sevincini yaşadan Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin 
rəhbərliyi altında şəhid Anar və onun qardaşı Vətən mübaribəsi veteranı Vüsal kimi oğlulların 
sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, Anarın da, Vüsalın da keçdiyi 
döyüş yolu gənclərimizə bir örnəkdir. Şəhid Anar İsaxlı Azərbaycan Respublikasının Prezidenti cənab 
İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, şəhidin qardaşı Vüsal isə 
“Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər oğullar 
böyütdükləri üçün Vüsalın valideynlərinə öz minnətdarlığını bildirib. 
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə 
yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə 
aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid 
ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən 
olduğunu qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran vətən müharibəsi veteranını təbrik edib, ona xoş 
arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Tarix: 5-11-2022, 21:58
Xəbəri paylaş





Xəbər lenti