Yevlaxda insanların “nəfəs”ini kəsən “məmurlar” kimlərdir? – FOTOFAKT



“Təəsüflər olsun ki, son dövrlərdə ekoloji tarazlığın pozulmasına yönələn qanunsuz əməllər törədənlərin sayı artmışdır. Əsasən də ağaclara zərər vurulması, yaşıllıqların məhv edilməsi insan sağlamlığı üçün birbaşa təhlükədir. “Təbiətin ağciyərləri” adlandırılan ağaclar təbiətdə oksigen balansının təmin olunmasında əsas rol oynayır.
Yevlax rayonunda “Təbiətin ağciyərləri”ni məhv edilib. Rayonun Heydər Əliyev prospektində ağacların mövsümü budanması aparılıb, lakin həmin vaxt Heydər Əliyev prospekti ilə Aşıq Ələsgər küçəsinin kəsişməsində, yeni inşa edilən Ticarət obyektinin qarşısında 3 ədəd (qurumamış) ağac da kəsilərək məhv edilib və yeri hamarlanıb. 
Əldə etdiyimiz məlumata görə, ərazidən kəsilmiş 3 ədəd yaşıl şam ağacı Yevlax şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ayrılmış xüsusi yük maşını ilə naməlum istiqamətə apaılıb.
Bu hadisə Yevlax şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyinin gözü qarşında baş verib. Necə deyərlər Birliyin rəhbərliyi ilə sahibkar arasında “razılıq” əldə olunub. Rayonun İcra başçısı Anar Tağıyev gün ərzində həmin yoldan dəfələrlə keçir. Ola bilməz ki, həmin məsələdən bixəbər olsun.
İndi çıxıb deyə bilərlər ki, “razılıq” filan olmayıb. Əgər “Təbiətin ağciyərləri” qanuni kəsilibsə, niyə bəzi həmkarlarımızla bizə ismarıclar göndərirsiniz? Niyə bizimlə də “razılaşmaq” istəyirsiniz?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional İdarəsinin rəhbərliyinə və həmin İdarənin Yevlax rayonu üzrə nümayəndəsi Fuad adlı şəxsə məlumat verilib. 8 saylı Regional İdarəsinin rəhbərliyi məsələni diqqətdə saxlayacağını bildirsə də, Fuad adlı əməkdaş məsələni ictimailəşdirməməyi bizdən xahiş etdi.
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində vurğulayıb:
“O kəsilən ağacları bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq ədalət məhkəməsi qarşısında cavab versinlər. Orda gəlib o baqqal dükanları salanlar, orda gəlib özlərinə xüsusi mülkiyyət salanlar, onların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır.”

Ümid edirik ki, Ulu öndərin bu çıxışlarını heçə sayan, insanların “nəfəs”ini kəsən “məmurlar” haqq ədalət məhkəməsi qarşısında cavab verəcəklər.
Qeyd edək ki, ağacların kəsilməsi və məhv edilməsi Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Həmin qərarda nəzərdə tutulur ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədən ağaclar Ekologiya və Təbii Sərəvətlər Nazirliyinin ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə kəsilə və ya budana bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır.
   


Tarix: 6-11-2022, 09:27
Xəbəri paylaş





Xəbər lenti