Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi
Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə
Məscidinin axundu Sadiq Cəfərovla birlikdə “Rəşadət” ordenli, Vətən müharibəsi
şəhidi Qənbər Qənbərlinin rayonun Kəngərli kəndində yaşayan ailəsində olub, onların
qayğıları ilə maraqlanıb. Rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tarixmizi yazan
şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Qənbər Qənbərlinin
keçdiyi şərəfli ömür yoluna nəzər salıb.
Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində
anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad
edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən
müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-
də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may
2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.
Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuş
qəhrəman baş leytenantımız Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən
ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Şücaətə görə" və
“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəliydi. Bir övladı yadigar
qalıb.
“Rəşadət” ordenli Qənbər Qənbərlinin xatirəsinə ehtiram əlaməti olaraq onun adı
əbədiləşdirilib. Rayon mərkəzində və doğulduğu kənddə adına küçə verilib, kənddə
şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinə onun da şəkli həkk olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasınən Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı
versin!
Tarix: 7-11-2022, 21:19