Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi
Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə
Məscidinin axundu Sadiq Cəfərovla birlikdə düşmən üzərində tarixi Qələbə, Şanlı
Zəfər günü münasibəti ilə şəhid Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəs ilə
görüşüb,onların qayğıları ilə maraqlanıb. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun, Yaqub
kimi oğulların sayəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, düşmənə qalib
gəldiyimzi bildirib. Şəhidin keçdiyi şərəfli ömür yolunun gənclərə bir örnək olduğunu
qeyd edib.
N saylı hərbi hissənin müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu,
Yaqub Qəhrəmanlı 14 sentyabr 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində
anadan olub. O, Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır
yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun
müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə
xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə
alıb. Uzun müddət komada qalan Yaqub 29.05.2021-ci il tarixdə şəhidlik zirvəsinə
ucalıb. Şəhid doğulduğu Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə
göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq sərəncamlarına əsasən "Vətən müharibəsi iştirakçısı", "Suqovuşanın azad
olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhid Yaqub Qəhrəmanlının bizə 2 yaşında oğlu yadigar qalıb.
Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı
versin!
Tarix: 7-11-2022, 21:28