İcra başçısı Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Bala
Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji
və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi
ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol
verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb
olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl
olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44
günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın
ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat
verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş
şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
Tarix: 10-11-2022, 22:34