Rayon rəhbərinin Bala Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-
görüşü rayonun Bala Kəngərli kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar
şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi
icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında
məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və
qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli
layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun
infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən
dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər
barədə də məlumat verib.
Bildirilib ki, Bala Kəngərli kəndinin 460 hektar ərazisi, 142 təsərrüfatı, 651 nəfər əhalisi,
274 hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 2 ticarət obyekti, 1 çörək
bişirmə müəssisəsi fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar.
Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 356 baş iribuynuzlu, 315 baş xırdabuynuzlu heyvan, 3065 baş quş, 65 yeşik arı
ailəsi saxlayırlar.
Bala Kəngərli kəndində son üç ildə Bala Kəngərli və Cəmilli kəndini birləşdirən və sel
suları nəticəsində sıradan çıxan körpü yenidən qurulub, pay torpaqlarına gedən suvarma
arxları 6 km məsafədə lildən təmizlənib, avtomobil yollarının kənarında 450 ədəd çəkil,
210 ədəd çinar ağacları əkilib və yolların kənarları alaq otlarından təmizlənib, kənd
qəbristanlığına gedən yol 2 km məsafədə təmir edilib, pay torpaqlarının suvarılması üçün
1 ədəd subartezian quyusu qazılıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər
məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun
fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə
çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Rəşid Şahbazov Bala Kəngərli-Dəmirçilər avtomobil yolunun cari təmir
olunması, İsgəndər İsgəndərov elektrik xətlərinin sip kabellə əvəzlənməsi, Qorxmaz
Quluzadə Məşğulluq mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, Zülfiyyə
Məmmədova yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, Şükür Qasımov
Vətən müharibəsi qazisi olan oğlunun evlə təmin olunması, və digər məsələlər ilə bağlı
müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.
Tarix: 10-11-2022, 22:40