Tərtərdə ağacəkmə aksiyası keçirilib - FOTO


Ağacəkmə aksiyası Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış
“Vətən Bağı”nda keçirilib.
Siam.az xəbər verir ki, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, YAP Tərtər rayon
təşkilatının sədri Eldar Əsədovun, şəhid ailələrinin, qazilərin, veteranların və minlərlə
YAP üzvünün iştirak etdiyi aksiyada ümumilikdə 3200 ədəd müxtəlif növ meyvə ağacı
əkilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin
təhlükəsizliyinin və insanların sağlamlığının təmin edilməsinə töhfə verməkdir.



Tərtərdə ağacəkmə aksiyası keçirilib


Tarix: 11-11-2022, 15:08
Xəbəri paylaş





Xəbər lenti