Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında rayon rəhbəri Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.Aparat müşavirəsində Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.
Müşavirədə əsasən vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun
baxılmasının, xüsusən də Şəhid ailələri, qazilərin problem və sosial qayğılarının öyrənilməsi,
operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, vətəndaş məmnunluğunun təmin
edilməsi, şöbələr üzrə verilmiş tapşırıqların, Azırbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarının icra vəziyyəti, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron
sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, nomenklatura üzrə
sənədlərin işlənilməsi vəziyyəti, yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin qarşısının
alınması, heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və
demontajı işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin
edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambığın yığımı, daşınması və saxlanması
dövründə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, əkin sahələrinin suvarma suyu ilə
təminatı, yaşayış məntəqələrinin ərazisində, həmçinin yol kənarlarında mütəmadi olaraq təmizlik
işlərinin aparılması və bir sıra məsələlər müzakirə olunub.
Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verilib.
Tarix: 12-11-2022, 12:53