Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə geniş aparat müçavirəsi keçirilib




Müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Azərbaycan 
Respublikası Dövlət Şəhərsalma və  Arxitektura Komitəsi yanında  Qarabağ Regional 
Şəhərsalma və Memarliq Baş İdarəsinin rəisi İlqar Sadıqov, rayon polis şöbəsinin rəis 
müavini Həsən Məmmədov, rayon qeydiyyat  şöbəsinin rəisi vəzifəsini icra edən 
Züleyxa Mustafayeva, İƏD üzrə nümayəndələr , bələdiyyə sədrləri, idarə, müəssisə və 
təşkilat rəhbərləri, rayon Ağsaqqalar şurasının sədri Faiq Məmmədov, Tərtər Cümə 
Məscidinin imamı Sadiq Cəfərov  iştirak ediblər.

Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının 
yerinə yetirilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun 
olaraq operativ surətdə baxılıb, özlərinin iştirakı ilə araşdırılaraq vətəndaş 
məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının 
öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində 
təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların 
aradan qaldırılması, erkən nikah, yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin 
qarşısının alınması, heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq 
komplekslərinin ucaldılması və demontajı işlərinin mövcud qanunvericiliyin və 
memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim 
Məmmədov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  
yanında Qarabağ Regional Şəhərsalma və Memarlıq Baş İdarəsinin rəisi İlqar Sadıqov, 
Əmlak  Məsələləri Dövlət Xidmətinin tabelyində DƏDKR-i publik hüquqi şəxsin 7 saylı 
Bərdə Ərazi İdarəsinin Tərtər Rayon şöbəsinin müdiri Şahrəddin Əliyev, rayon polis 
şöbəsinin rəis müavini Həsən Məmmədov, rayon qaz idarəsinin  rəisi Müxlis Əmirov, 
Tərtərçay Hidroqovşağı istismarı idarəsinin rəisi Emil Hacıyev, Tərtər Suvarma 
sistemləri idarəsinin rəis müavini Zahid İbrahimov, Su-kanal idarəsinin rəisi Elnur 
Abbasov, rayon Elektrik şəbəkəsinin baş mühəndisi Sərvan Məmmədov, Tərtər 
Telekommunikasiya qovşağının rəisi Cavid Əliyev  çıxış ediblər.
 
Müzakirə olunan məsələlər barədə icra başçısı aidiyyəti qrumların rəhbərlərinə 
tapşırıq və tövsiyələr verib, qanunsuz tikililərə qarşı birlikdə vaxtında tədbir görməyi 
tapşırıb.
Tarix: 12-11-2022, 18:02
Xəbəri paylaş





Xəbər lenti