Rayon rəhbəri vətəndaşları qəbul edib

Tərtərin icra başçısı vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib.
Siam.az bildirir ki, qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid
ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla
yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş
ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyusunun təmiri, sahibkarlıq
obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə
torpaq sahəsinin ayrılması, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin
təyin edilməməsi, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin
olunma, həyətyanı torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət
ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra
hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər
müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu
təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah
halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.

Tarix: 16-11-2022, 10:32
Xəbəri paylaş





Xəbər lenti