Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub


Tərtərdə 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. 
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq 
mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri və YAP rayon Təşkilatının sədri  iştirak 
ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında 
ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə 
ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf 
yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində 
ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə 
aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bu tarixi günün ulu öndər Heydər 
Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə 
çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayaraq 
bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün möhtərəm 
Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata 
keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı 
yolunda yeni nailiyyətlər əldə olunub.
Tədbirdə Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, Tərtər rayon polis şöbəsinin 
rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizlik xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar 
Əliyev, Tərtər rayon məhkəməsinin sədri Elşad Bayramov, Tərtər rayon prokuroru Əli 
Qurbanov, Tərtər Hərbi prokuroru Hümmət Məmmədov, Tərtər İcra və probasiya 
şöbəsinin rəisi Gülmalı Rzayev, Tərtər rayon xüsusi notariusu Şəhriyar Əliyev, YAP 
rayon Təşkilatının sədri Eldar Əsədov çıxış edərək Azərbaycan ədliyyəsinin şanlı 
tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 
bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham 
Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıblar.
Sonda rayonun bir qrup ədliyyə işçisinə rayon icra hakimiyyətinin başçısı tərəfindən 
fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Tarix: 22-11-2022, 17:16
Xəbəri paylaş





Xəbər lenti