“Naxçıvan əməliyyatı”nın PƏRDƏARXASI: - Səfər Mehdiyev həbs olunur?

“Naxçıvan əməliyyatı”nın PƏRDƏARXASI:
Son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Proseslərin davam etdiyi mərhələdə bəzi insanlar iddia edir ki, milyonlarla dövlət vəsaitini bir nəfər özbaşına mənimsəyə bilməz. Bu işdə ona “şərik” olanlar da olub. Aydındır ki, istintaq prosesi davam etdiyi üçün hələlik bir çox məsələlər ictimaiyyətə açıqlanmır. Amma araşdırmaların davam etdirilir.

Bəs görəsən, Naxçıvanda dövlət vəsaitlərini mənimsəyənlərə “yaşıl işıq” yandıranları da hər hansı təhlükə gözləyirmi? Bu kontekstdə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyev də istintaqa cəlb edilə bilərmi?

Siam.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, araşdırmalar zamanı Naxçıvanda baş verən hadisələrin Bakı ilə əlaqəsi olduğu ortaya çıxarsa, bu zaman Səfər Mehdiyev də istintaqa cəlb edilə bilər:

“Bu məsələdə bir önəmli detal var, dünənki qərarla Naxçıvan Gömrük Komitəsi Dövlət Gömrük Komitəsinə birləşdirildi. Ondan əvvəl Naxçıvan Gömrük Komitəsi əsasnaməyə görə yarımüstəqil fəaliyyət göstərirdi. Belə olan halda Səfər Mehdiyev deyə bilər ki, mən ora qarışmırdım. Amma istintaq müəyyənləşdirsə ki, o zamankı hadisələrin Bakı ilə birbaşa əlaqəsi olub, yaxud Dövlət Gömrük Komitəsinin, şəxsən Səfər Mehdiyevin özünün bunlardan xəbəri olub və xəbəri olmasına baxmayaraq, heç bir müdaxilə etməyib, o zaman vəziyyətin araşdırılması, dindirilmə üçün istintaqa cəlb edilə bilər. Amma hüquqi nöqteyi nəzərdən baxanda Mərkəzi Gömrüyün bu işlə əlaqəsi olmamalıdır. Çünki dünəndən Naxçıvan Gömrük Komitəsi Mərkəzi Komitəyə birləşdirilib, ondan əvvəl yarımütəqil fəaliyyət göstərib”.
Tarix: 29-11-2022, 16:52
Xəbəri paylaş





Xəbər lenti