Tərtərdə bir qurup iş adamları ilə görüş keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində bir qurup iş adamları ilə görüş keçirilib. Görüşdə regionları dayanıqlı investisiya mərkəzinə necə çevirməli və özəl investisiya
fəallığının artırılması, investisiyaların cəlb edilməsi istiqamətində təşviq və dəstək
tədbirləri haqqında müzakirələr aparılıb. Müzakirələrdə iş adamları ilə yanaşı rayon icra
hakimiyyətinin əməkdaşları, kənd təsərrüfatı mütəxəsisləri də iştirak ediblər.
Müzakirələrdə məqsəd rayonda özəl investisiya fəlllığın artırılması, investisiyaların cəlb
edilməsinə təşviq və dəstək tədbirlərinin davam etdirilməsi olub.
İş adamları kiçik və orta biznesin ikişafına dövlət tərəfindən göstərilən dəstəyi
yüksək dəyərləndirdiklərini bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iş adamlarına rayon
icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində dəstək göstəriləcəyini bildirib.
Tarix: 29-11-2022, 17:34